Kəhrizəqli dağı – Babək rayonu ərazisində dağ (hünd. 1111,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərqində, Nəhəcir kəndindən 4 km cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının Alt Pleystosen yaşlı delüvial-prolüvial törəmələrlə örtülmüş nüvə hissəsində yerləşir.[1]