Potıkingədik — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Girdəni çayı ilə Düylünçayın suayrıcında, Rumus kəndindən 1,5 km cənub-qərbdədir. Hündürlüyü 2478 m-dir. Günbəzvarı formadadır. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qərb istiqamətli Yoxuş şaxəsində zirvə. Düylünçayın sol sahilində, Urmis kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Düylünçayın sol sahilində, Üstüpü kəndindən 1,5 km şimal-şərqdədir. Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxmış andezit, daşıt, liparit və diabazlardan ibarət intruzivə cavab verən cənub və şimal yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində şimal-şərq qanadında yerləşir. Zirvəsindən şimal-qərb istiqamətli fay qırılması keçir.[1]
İstinadlar
Həmçinin bax
|
---|
Silsilələr | |
---|
Dağlar | |
---|
|