Böyükdüz dağı — Culfa rayonu ərazisində dağ (hünd. 961,5 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Küznüt kəndindən 4,2 km şimal-şimal-qərbdədir. Orta Miosenin Karaqan mərtəbəsinə aid Payız lay dəstəsinin qumlu-gilli çöküntülərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında müşahidə edilən Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin Üst Pleystosenin allüvial-prolüvial törəmələrilə əhatə olunmuş şimal qanadının erozion qalığına cavab verən maili günbəzvari yüksəklikdir. [1]