Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.[1]