Göyçügüvey dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3157,5 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsi vulkanogen-çökmə süxurlardan təşkil olunmuş sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağına aid Ləkətağ-Göyçügüvey antiklinalının şimal qanadında yerləşir. Zirvə hissəsindən və yamaclarından şimal-şərq və şimal-qərb istiqamətli fay qırılması keçir. [1]