Bu adın digər istifadə formaları üçün bax:
Təndirli.
Təndirli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyni istiqamətli Ağsal şaxəsindən cənub-qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında, 1649,6 m hündürlüyü olan dağ.
Dağ Arpaçay su anbarının sol sahilində, Şahbulaq kəndindən 1,5 km qərbdədir. Üst Permin Üst Murqab yarımmərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.[1]
İstinadlar
Həmçinin bax
|
---|
Silsilələr | |
---|
Dağlar | |
---|
|