Dəstəbaşı dağı

Dəstəbaşı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 830,6 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Dəstəbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 830,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunun qurtaracağında zirvə. Vənəndçayın sol sahilində, Dəstə kəndindən 1,9 km şimaldadır. Alt  Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastıtəpəli  yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan  Şurud-Vənənd sinklinalının cənub-qərb  qanadında yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli fay qırılması müşahidə olunur.[1]

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!