Pilələr dağı – Culfa rayonu ərazisində dağ (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli, eyniadlı qolunun suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir. [1]
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!