Göydərə dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1587,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında zirvə. Əlincəçayın sağ sahilində, eyniadlı kənddən 800 m qərbdə yerləşir. Oturacağının diametri 2 km, nisbi hündürlüyü 350 m-dir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi konusvari yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentilə Naxçıvan çökəkliyinin təmas zolağında, Saltaq-Kotandağ antiklinalının maqmatık kütlə ilə yarılmış periklinal hissəsində yerləşir. [1]
Həmçinin bax
İstinadlar
|
---|
Silsilələr | |
---|
Dağlar | |
---|
|