Qabıllı dağı – Kəngərli rayonu ərazisində dağ (hünd. 1125 7 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsinin şimal-şərq cinahındakı mailli düzənlikdə, Qabıllı kəndindən 3,5 km şimal-şərqdədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion (qalıq) mənşəli günbəzvari təpədir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində müşahidə edilən eyniadlı sinklinalın geniş şimal-şərq qanadında yerləşir.[1]
Həmçinin bax
İstinadlar