Bakı şəhər telefon qovşağının binası

Bakı şəhər telefon qovşağının binası
Binanın XX əsrin əvvəllərində çəkilmiş şəkli
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Üzeyir Hacıbəyov küçəsi (Bakı), 48
Memar Nikolay Marçenko
Tikilmə tarixi 1912
İstinad nöm.3435
KateqoriyaBina
İnzibati bina (Bakı)
İnzibati bina

Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur.[1] Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2] Azərbaycan telekommunikasiya tarixinin mühüm abidələrindən biridir. Bu bina XX əsrin əvvəllərində istifadəyə verilmiş və uzun müddət Bakı şəhərinin telefon əlaqəsi mərkəzi kimi fəaliyyət göstərmişdir.

Haqqında

Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib.[1][3] Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır.[4] Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.[2]Uzun illər Bakı şəhər telefon qovşağı Bakı sakinlərinə yüksək keyfiyyətli rabitə xidmətləri təqdim etmişdir. 1980-ci illərə qədər bina şəhər telefon şəbəkəsinin əsas mərkəzi olaraq istifadə edilmiş, daha sonra texnologiyanın inkişafı ilə yeni mərkəzlərə keçid həyata keçirilmişdir.

Şəkilləri

Müasir vəziyyəti

Hazırda bina tarixi abidə kimi qorunur və Bakı şəhərinin texnoloji irsinin bir hissəsi kimi qiymətləndirilir. Həmçinin, bina Azərbaycan telekommunikasiya sisteminin tarixi irsini tədqiq edən tədqiqatçılar və tarixçilər üçün maraqlı bir obyekt olaraq qalır. Bu bina Azərbaycanın müasir rabitə sisteminin ilkin mərhələsini əks etdirir və ölkənin telekommunikasiya tarixində mühüm yer tutur. Ensiklopedik əhəmiyyət baxımından, bina telekommunikasiya, memarlıq və şəhərsalma sahələrində tədqiqat üçün əhəmiyyətli mövzudur.

İstinadlar

  1. 1 2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 204. ISBN 978-9952-32-020-6.
  2. 1 2 "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 mart 2022.
  3. "Архитекторы Азербайджана 19 и начала 20-го века" (rus). ourbaku.com. 28 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2022.
  4. "Улицы Баку - старые и новые названия / Bakı küçələri - köhnə və yeni adları" (rus). ourbaku.com. 14 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2022.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!