Alıcan

Alıcan
39°36′34″ şm. e. 46°47′14″ ş. u.HGYO
Ölkə
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Alıcan xəritədə
Alıcan
Alıcan
Alıcan xəritədə
Alıcan
Alıcan

AlıcanAzərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd idi.[1] 5 dekabr 2023-cü il tarixili Qanun ilə Alıcan kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.[2]

Tarixi

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Laçın rayonunun Köhnəkənd inzibati ərazi vahidində olan ənd dağlıq ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocavənd rayonunun Susalıq kəndindən gəlmiş Alıcan adlı şəxs salmışdır. Kənddə onun nəsli indi də alıcanlılar adlanır. Oykonim alıc (ucqar) və -an (yer, məkan anlayışı ifadə edən şəkilçi) komponentlərindən düzəlib, "ucqar yer" deməkdir. Etnotoponim olması da mümkündür[3].

Rayon mərkəzindən 36 km şərqdə yerləşir. Otuz evdən ibarət olan bu kəndi ermənilər yandırıblar. Burada ibtidai məktəb, kitabxana, mağaza və tibb məntəqəsi var idi.

5 dekabr 2023-cü il tarixili Qanun ilə Alıcan kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.[2]

Əhalisi

Erməni işğalınadək kənd əhalisi Azərbaycanlılardan ibarət idi.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.

Kəndin qan yaddaşı, şəhidlik zirvəsinin fatehləri.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. 1 2 "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  3. Alıcan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44-45. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!