Bu adın digər istifadə formaları üçün bax:
Ağcakənd.
Ağcakənd — Azərbaycan Respublikasının Laçın rayonu Ağcakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Laçın rayonunun Ağcakənd kəndi Qoşasu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağcakənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Qabaqtəpə dağının ətəyində yerləşən Ağcakənd kəndinin adı "ağ qayalıqlarla əhatə olunmuş kənd" mənasını verir. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
Kənd ərazisində bir neçə tarixi yerlər mövcuddur. Ağdərə çayının sol sahilində tikilmiş kiçik qala var idi. Bu qala el arasında “Qalaça” adlanırdı. Bu qala divarların arasında kəndin müdafiəsi üçün kiçik səngərlər qazılmışdır. Kənd ərazisində alban qəbirsanlığının olmasına görə ehtimal edilirdi ki, bu səngərlər albanlar tərəfindən qazılıb. Bu ərazidə kənd sakinlərinin axtarışı nəticəsində çoxlu sayda küpələr, müxtəlif bəzək əşyaları, xəncərlər, gümüş bilərziklər və s. aşkar edilmişdir. Bu da kəndin qədim tarixinin olmasından xəbər verir. Ağcakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 15 mart 2002-ci ilədək Qoşasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərkibində olub.
Əhalisi
Kənd əhalisi bir neçə tayfa qalıqlarından formalaşmışdır. Soy etibarı ilə kənddə kürdlərdə yaşamaqdadır. Əhalinin əksəriyyətini Güney Azərbaycandan (Cənubi Azərbaycan indiki İran) gəlmiş Türk soylu tayfa təşkil edir. Əhalisinin əsas hissəsi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Ağcakənd obasında, digər hissəsi Bakı şəhərinin 6 rayonu daxil olmaqla ölkənin 21 rayonunda məskunlaşıblar.
Tanınmış şəxsləri
- Əmirov Edilxan Əmirxan oğlu – Böyük Vətən Müharibəsi iştirakçısı, Şamkənd məktəbində müəllim, 42 il müddətində Ağcakənd kənd məktəbinin direktoru işləmişdir.
- Əmirov Oktay Edilxan oğlu - təqaüddə olan meşə işçisi (16 il Laçın rayon Meşə təsərrüfatında meşəçi vəzifəsində işləmişdir)
- Əhmədov Muğan Hüseyn oğlu - Həkim (1979-cu ildən hal-hazırkı tarixədək Ağcakənd kənd həkim məntəqəsinin müdiri vəzifəsində çalışır)
- Cəfərov Səfər Qafar oğlu - Uzun müddət Ağcakənd kənd məktəbinin direktoru işləmişdir
- Hüseynov Hüseyn Əhməd oğlu – (Kürd Hüseyn) Şair, (Uzun müddət Piçənis, Fərraş, Nürəddin,Daşlı, Narışlar, Ağcakənd kəndlərində müəllim işləmişdir)
- İsmayılov Abdulhüseyn İmran oğlu-Xanəndə
- İmranov İmran Abdulhüseyn oğlu – (Kürd İmran) Şair
- İmranov Ayaz İmran oğlu- tarzən
- Kərimov Mehdi Məmmədxan oğlu - Baş mexanik (1972-1998 ci illər ərzində Axundov adına sovxozda və Ağcakənd kolxozunda baş-mexanik vəzifəsində işləmişdir)
- Quliyev Bakir Sücayət oğlu - (Bakir Dağlaroğlu) Şair, "Qızıl qələm" mükafatçısı. Tarix müəllimi.
- Nəcəfov Ağəli Hüseyn oğlu - (Qoşasu kənd kolxozunda sürücü, Ağcakənd kolxozunun sədiri vəzifələrində çalışmışdır)
- Nəcəfov Bahadur Hüseyn oğlu – (Uzun müddət Laçın rayon sığorta idarəsində zona inspektoru işləmişdir)
Böyük Vətən Müharibəsi iştirakçıları
1941-1945-ci illər Böyük Vətən Müharibəsində Ağcakənd kəndindən 32 nəfər cəbhəyə yola düşmüşdür. Onlardan 16 nəfər qəhrəmancasına həlak olmuş, 16 nəfər qələbə sevinci ilə öz doğma kəndlərinə dönmüşlər. Hazırda həmin müharibə veteranlarından heç biri həyatda yoxdur.
Qarabağ döyüşçüləri
- Əmirov Elşad Ziyadxan oğlu
- Hüseynov Sələhəddin Yusibəli oğlu
- Kərimov Elbəyi Mehdi oğlu
- Quliyev Rafiq Yunus oğlu
- Şahməmmədov Ədalət Məhəmməd oğlu
- Salmanov Eldəniz Ədil oğlu
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Mədəniyyəti
Kənddə orta məktəb, klub, kitabxana və xəstəxana var idi. Kənddə kustar üsulu ilə ip əyrilməsi, xalça toxunması məşğuliyyət növlərindən biri idi. Demək olar ki, ailələrin bir çoxunda toxucu dəzgah (hana və yer hanası) var idi. Əhali özü hazırladığı yun, pambıq və ipək iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxuyurdu. Xarratlar palıddan və vələsdən müxtəlif məişət əşyaları, o cümlədən qab-qacaq, təhnə, tabaq, nehrə, çanaq, qollu tərəzi, yun daramaq üçün daraq, hana, şəddə və örkən toxumaq üçün yer hanası və s. belə əşyalara misal ola bilər.
Həkəri çayı üzərində salınmış körpü Ağcakənd kəndi ilə Şeylanlı, Katos, Ağbulaq kəndlərini birləşdirirdi. Körpünün sol sahilində XVIII əsrə aid dəyirman var idi.
Kəndin şimal-şərq hissəsində "turş su" adlanan mineral su var idi. Kənd əhalisi bu sudan dərman vasitəsi kimi istifadə edirdilər. Bir çox xəstəliklərin dərmanı idi.
Toponimləri
- Ağ gav
- Ağxan
- Axdalı
- Armudlu tala
- Arpa dərəsi
- Arxın dəhnəsi
- Barmağın güneyi
- Bərələrin böyrü
- Bulağın gözü
- Burne aran
- Böyük güney
- Calalın güneyi
- Ceyran kötüyü
- Cürün
- Cillicabo
- Çaxmaq daşı
- Çarqanad qoz
- Çəkəmlik
- Çuxraxeni
- Çırpılıq
- Daş bulaq
- Dəyirman yeri
- Dəyirmanın dəhnəsi
- Dündülün yoxuşu
- El yolu
- Gizlin
- Əsədin bulağı
- Əsədin şamı
- Göl yeri
- Gülsüm uçan
- Həmzənin hasarı
- Xırdanın bulağı
- Xırman təpəsi
- Kolavatın dərəsi
- Korbulaq
- Qaban gədik
- Qalaça
- Qaranlığın dərəsi
- Qamışlı dərə
- Qatardaş
- Qayanın böyrü
- Qəbr yeri
- Qumqazılan
- Qopuq tala
- Qoruğun dərəsi
- Qoşabulaq
- Mehralı zəmisi
- Mezər tala
- Mərgi bulağı
- Mərcimək
- Miriş yurdu
- Muxdarın damı
- Molla Duman dərəsi
- Novlu bulaq
- Orucun bulağı
- Örtülü bulaq
- Porsuq bulağı
- Sarı tala
- Sarı talanın dərəsi
- Sevgili güney
- Sərxan pəyəsi
- Sınıq körpü
- Sıçanlı düzü
- Şırran
- Süleymanın çuvalı
- Süleymanın armudu
- Sülük
- Sülükün yoxuşu
- Şükürün yeri
- Talalar
- Tək palıd
- Tək qoz
- Təkər dərəsi
- Tovuz yurdu
- Turşsuyun dərəsi
- Üryan təpəsi
- Vəli uçan
- Yol ayrıcığı
- Zəmi qobuları
- Zöhrənin bulağı
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | Bərpa edilmiş | |
---|
Məhv edilmiş | |
---|
Ləğv olunmuş | |
---|
|
---|