1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2][3] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Mığıdərə kəndi Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Mığı dərəsi adlanan yerdə Məlikpəyə kəndindən köçüb gəlmiş Məmməd adlı şəxs bina etmişdir. Buna görə da kənd əvvəllər Məmmədli, bəzən da Məmməduşağı adlanmışdır. Yerli məlumata görə, guya yaşayiş məntəqəsinin yerləşdiyi dərədə vaxtilə Mığı adlı kənd mövcud olduğu üçün Mığı dərəsi deyilmişdir. Ehtimal etmək olar ki, oykonimin birinci komponenti türkdilli xalqların toponimiyasindakı mık sözündən olub, “su”, “çay” mənasındadır və kəndin adı “çay dərəsi” deməkdir. Lakin sonralar bu dərədən axan çay qurumuş, ərazisinin adı isə qorunub saxlanmışdır.[4]
İşğal dövrü
Bu ərazi 2000-ci ildekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.[5][6]