Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndi XX əsrin əvvəllərində haqverdiuşağı nəsli Baldırğanlı adlanan sahədə salmışdır. Oykonim "baldırğan bitkisinin zəngin olduğu yer" deməkdir. 1918-ci ilədək Ermənistanda eyniadlı kənd olmuşdur[2].