Kənd Ayıbazar çayının (Şəlvə çayının qolu) kənarında, Qarabağ silsiləsinin ətəyindədir. Əsli Aybazardır. Yaşayış məntəqəsi meşəlikdən zolaq şəklində ayrılmış sahədədir. Tədqiqatçılara görə, oykonim ayı (heyvan adı) və bazar (satış yeri; bolluq olan yer) sözlərindən düzəlib, "ayı bol olan yer; ayının satışa çıxarıldığı yer" deməkdir. Əslində isə, kəndin adı keçmişdə bu ərazidə ayda bir dəfə təşkil olunan bazarla əlaqədar yaranmışdır[2].