Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakənd kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il in sentyabr ayının 20-də keçirilən lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Toponimikası
Kəndin keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazılır. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar "qaya" və "şen" kənd) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə əvəz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır.[3]
Tarixi
Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsində iştirak ediblər. Bu barədə 1919-cu ilin yanvar ayının 3-də teleqram vuran Gəncə qubernatoru bildirir ki, Qarakənd erməniləri yanvar ayının birində Ağdam-Karyagino yolunda canlarını qurtarmaq üçün qaçan müsəlmanları qətlə yetiriblər. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar olaraq kənddəki ermənilər silahlanır, kəndə Ermənistandan və digər ölkələrdən çoxlu sayda terrorçu və muzdlu əsgərlər gəlir. 1991-ci ildə bu kəndin səması üzərində ermənilər tərəfindən Mİ-8 N72 helikopteri vurulur. Azərbaycan tarixində Qarakənd faciəsi kimi adlandırılan bu hadisə zamanı Azərbaycanın çox sayda yüksək rütbəli dövlət məmuru qətlə yetirilir. Kəndi ermənilərdən azad etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə hücuma keçir, lakin bunlar hər dəfə uğursuzluqla başa çatır. Sonuncu belə hücum 1994-cü ilin əvvəlində Qarakənd əməliyyatı zamanı həyata keçirilsə də, bu hücum da uğursuzluğa düçar olub.
Tarixi abidələri
Qarakənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar №
|
Abidənin adı
|
Tarixi
|
Yerləşdiyi ünvan
|
Növü
|
Əhəmiyyət dərəcəsi
|
4353
|
Albanberd kilsəsi[4]
|
Qeyd olunmayıb
|
Qarakənd kəndi
|
Memarlıq
|
Yerli
|
Coğrafiyası və iqlimi
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
İl
|
Daimi əhali
|
Kişilər
|
Qadınlar
|
1999[5]
|
XXXX
|
XXXX
|
XXXX
|
2009[6]
|
↗XXXX
|
↗XXXX
|
↗XXXX
|
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|