Ağkənd (əvvəlki adı: Spitakşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Ağkənd kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Spitakşen kəndi Ağkənd kəndi adlandırılmışdır.[3] 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağkənd kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
1828-ci ildə İranın Xoy əyalətindən gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı erməni dilinə kalka edilərək Spitakşen (Ağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı özünə qaytarılmışdır. 1917-ci ildə Gəncə və Şuşa qəzalarında da Ağkənd kəndləri qeydə alınmışdır. Keçən əsrdə Ermənistan ərazisində Ağkənd adlı 6 kənd olmuşdur.[4]
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.