XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanmışdır. Ba YIII əsrə aid Bizans mənbəsində "Hun ölkəsi" kimidir. Bizans tarixiçisi Feodan yazır ki, 624-cü ildə imperator İranla Xəzərlərlə ittifaqa girmək üçün onlarla Albaniyada hun ölkəsində görüşdü. Hun etnonimindən və qədim dillərində "şin" sözündən ibarətdir. Bu ərazi maldar ellər üçün qışlaq və əkin (məzrə) yerləri idi. "Xunaşi" adı isə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış hunların adından və qədim türk dillərində "şin" "yaşayış yeri", "məskən" sözündəndir. XIX əsrdə Gəncə qəzasının tədqiqatçısı N. A. Abelov yazır ki, maldar elin məntəqələri (yurd, oba, binə, qışlaq) oturaq məskəndən yaranan Şenlik adlanır (Elzavetopolskiy uezd, s. K). L. Z. Budaqov yazır ki, sözü türkcə "naselennıy" mənasındadır. Bu söz erməni dilinə keçərək "şen" formasını kəsb etmişdir. 624-cü ildə Bizans çarı İrakli Albaniyada (Qarabağda) "Hun ölkəsi" adlı yerdə Xəzərlərin (sonra kəbirlilərin) başçısı ilə görüşmüşdür. Gürcüstanda Xunev, Xuniya, Xunezazur adlarında "xun" etnonimi ilə eynidir. Ptolemey (II əsr) də bu tayfanın adını Xun kimi çəkmişdir.[4]
1925-ci ildə erməni əsilli sovet partiya xadimi Aleksandr Myasnikovun təxəllüsü ilə Martuni, 1991-ci ildən isə tarixi adı bərpa edilərək Xocavənd kimi rəsmiləşdirilmişdir.
Xocavənd "xocalı nəsli" deməkdir (-vənd farsca bir sözdür və -zadə, -pur şəkilçiləri kimi nəsil, tayfa, və soy adlarında istifadə edilir).[6]