1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzasına verilib.
Rusiya imperiyasında 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Cəbrayılda 520 nəfər yaşayırdı. Onlardan 228-si azərbaycanlı, 186-sı rus, 76-sı erməni, 18-i ukraynalı və 12-si isə başqa xalqların nümayəndələri idi.[4] SSRİ-də 1989-cu il ümumittifaq əhali siyahıya alınmasına əsasən Cəbrayılda 6070 nəfər yaşayırdı.[5]
Həsən Hüseynov — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2011)
Teymur Quliyev — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (1937–1946) və Nazirlər Şurasının (1946–1953; 1953–1954) sədri
Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri (1995–2022), baş nazirin müşaviri (2022—hal-hazıradək)
Hafiz Quliyev — Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi
Yaqut Abdullayeva — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2006)