Bu adın digər istifadə formaları üçün bax:
Mərcanlı.
Böyük Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.[2]
Toponimikası
Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur.[3]
Əhalisi
Tanınmış şəxsləri
- Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı
- Çərkəz Məcid — şair, yazıcı, tənqidçi
- Həsənov Qaryağdı Ziyad oğlu — görkəmli partiya işçisi, diplomat və jurnalist
- Nizami Yolçuzadə
- Xanış Rüstəmov — müəllim, Müsavat partiyasının üzvü, 1937-ci il repressiyalarının qurbanı
- İsmət Rüstəmov — ingilis dili müəllimi, filologiya elmləri namizədi, dosent, tərtibatçı
- Mahmud Quliyev — Cəbrayıl rayonunun keçmiş İcra başçısı
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
|
---|
Şəhərlər | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | Bərpa edilmiş | |
---|
Məhv edilmiş | |
---|
Ləğv olunmuş | |
---|
|
---|