erməni etirazçılar
SSRİ Silahlı Qüvvələri
1[1][2] nəfər həlak olmuşdur36[1]–50[2] nəfər yaralanmışdır
naməlum
Zvartnots Hava Limanında toqquşma — 5 iyul 1988-ci ildə Ermənistan SSR-də, İrəvan şəhərindən kənarında yerləşən Zvartnots Beynəlxalq Hava Limanında erməni etirazçılarla SSRİ qoşunları arasında baş vermiş toqquşma.
İyunun sonunda Sovet İttifaqı Kommunist Partiyasının keçirdiyi konfransda ermənilərin Dağlıq Qarabağ haqqında tələbləri qəbul edilmədikdən sonra İrəvanda yeni nümayiş dalğası başlamışdır. Sovet hökuməti asayişi bərpa etmək üçün İrəvana qoşun yetirmişdir. Minlərlə erməni etirazçı Zvartnots Hava Limanına toplaşaraq sovet qoşunlarının girişini bağlamışdır. Bu zaman əsgərlərlə nümayişçilər arasında toqquşma baş tutmuşdur. Təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində bir nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.[1][2] Bu hadisə Ermənistanda bir qədər antisovet əhval-ruhiyyəsi yaymışdır.[2][3]