BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
884 saylı qətnamə
Zəngilan rayonu
Zəngilan rayonu
Tarixi 12 noyabr 1993
Sessiya № 3313
Kod S/RES/884
Səsvermə
  • Lehinə: 15
  • Əleyhinə: 0
  • Bitərəf: 0
Mövzu Qarabağ münaqişəsi
Nəticə Qəbul edildi
Sənəd

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi — 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993)874 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə narahatlığın ifadə olunduğu, tərəflər arasında atəşkəsin pozulmasının, xüsusilə də Azərbaycanın Zəngilan rayonununHoradiz şəhərinin işğal edilməsinin pislənildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3313-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. 884 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin dördüncüsü və sonuncusudur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur.

Qətnamədə hərbi əməliyyatların dayandırılması tələb edilsə də, bu səylərin nəticəsi az oldu və vaxtaşırı bütün cəbhə boyu döyüşlər və top atəşləri davam etdi.[1] BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 884 saylı qətnamə də Ermənistan tərəfindən növbəti illərdə də icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır.[2][3] Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır.[2]

Zəmin

1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Belə ki, bir-birinin ardınca Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, QubadlıZəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Sahəsi 707 km², əhalisi 33,890 nəfər olan Zəngilan Azərbaycanın işğal olunmuş sonuncu rayonu olur.[4] Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələri də məhz 1993-cü ildə qəbul edilir.

Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı Azərbaycan dövlətinin, eləcə də ATƏM-in Minsk qrupunun fəaliyyətdə olan sədrinin[5] BMT Təhlükəsizlik Şurasına müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və noyabrın 12-də 884 saylı qətnamə qəbul edir.[6]

Qətnamənin mətni

Qətnamə 9 bənddən ibarətdir. I bənddə atəşkəsin pozulması, hərbi əməliyyatların yenidən başlanması, xüsusilə də Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsi, dinc əhaliyə qarşı hücumlar, Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsi pislənilir. II bənddə Təhlükəsizlik Şurası Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ermənilərinin 1993-cü ildə qəbul edilmiş qətnamələrə riayət etməsinə nail olmaq məqsədilə öz təsir gücündən istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır.

III-VI bəndlərdə ATƏM-in Minsk qrupunun 9 üzvünün 1993-cü il 4 noyabr tarixli atəşkəs barədə bəyanatı qiymətləndirilir. Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yenilənmiş cədvəli"nə uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılması, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması və Azərbaycan Respublikasının yaxın vaxtlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılması tələb olunur. Həmçinin, şura tərəfləri Rusiya Federasiyasının vasitəçiliyi, Minsk qrupunun dəstəyi ilə effektli və daimi atəşkəsə nail olmaq üçün danışıqları davam etdirməyə çağırır. VI bənddə isə region dövlətlərindən tələb edilir ki, münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən və müdaxilədən çəkinsinlər.

VII-IX bəndlərdə Baş katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərmələri, qaçqınməcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etmələri xahiş olunur. Baş katibdən, ATƏM-in fəaliyyətdə olan sədrindən və ATƏM-in Minsk Konfransının sədrindən Minsk prosesinin gedişi, xüsusilə şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və şuraya məruzələrin təqdim olunmasının davam etdirilməsi xahiş edilir.

Əhəmiyyəti

Qətnamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edir. Burada beynəlxalq hüququn bir sıra prinsipləri qeyd olunur. Belə ki, Azərbaycanın suverenlik hüquqlarını və ərazi bütövlüyünü təhdid edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemin sülh yolu ilə həllinə çağırışdan başqa, Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilir; həmçinin, sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı, ərazi əldə etmək məqsədilə "güc tətbiqinin yolverilməzliyi" prinsipi də bir daha xatırladılır.[7] Belə ki, istənilən hərbi işğal müvəqqəti hesab olunur və işğal olunmuş ərazi üzərində suverenliyin verilməsinə səbəb ola bilməz.[8] Bu da onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağda hər hansı dövlət yaradıla bilməz.[9]

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr problemin həlli üçün açar kimi istifadə oluna biləcək qətnamələr idi.[10] Digər üç qətnamədə olduğu kimi, bu sənəddə də Azərbaycan torpaqlarının işğalına dərhal son verilməli olduğu qərara alınıb və Dağlıq Qarabağ münaqişəsinin "regionda sülh və təhlükəsizliyə" təhlükə yaratdığı faktı Təhlükəsizlik Şurası tərəfindən etiraf edilib.[11]

Sənəddə Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olduğu təsdiq edilir. Məhz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olmasının vurğulanması Ermənistanın işğal prosesində iştirak etdiyini sübut edir.[10]

Qətnamə münaqişənin təkcə Dağlıq Qarabağda deyil, həm də onun ətrafında davam etdiyini qeyd edir.

Sənəddə Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərilməsi və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik edilməsi kimi məsələlər qeyd olunub.

Tənqidi yanaşmalar

884 saylı qətnamənin də digər əlaqəli qətnamələr kimi zəif cəhətləri qismində bu sənədin çağırış xarakterli olması, mövcud vəziyyəti pisləməklə kifayətlənməsi göstərilir.

Abxaziya ilə əlaqədar BMT səviyyəsində qəbul edilmiş qətnamələrdə Abxaziyanın demoqrafik tərkibini dəyişdirmək cəhdləri, o cümlədən ərazini əvvəllər burada yaşamayan insanlarla məskunlaşdırmaq cəhdləri də pislənsə də, oxşar mövqe Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamələrdə qeyd olunmamış,[9] sadəcə məcburi köçkün faktı təsdiq edilmişdi.

Qətnamədə Azərbaycanın ərazilərinin işğal edilməsi qeyd edilsə də və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması açıq-aşkar tələb olunsa da, yalnız erməni tərəfinin hərəkətlərinin pislənməsi ilə bağlı müddəaya rast gəlinmir: Təhlükəsizlik Şurası bu hissədə "atəşkəsin pozulması", "hərbi əməliyyatların başlanması", "maraqlı tərəflər" kimi məchul növdə ifadələrdən istifadə etməklə vəziyyətdən narahat olduğunu çatdırır. Bu da çox güman ki, Təhlükəsizlik Şurasında siyasi konsensusun (ing. consensus) olmamasından irəli gəlir. Halbuki, Abxaziya məsələsində eyni şura yalnız abxaz tərəfini hərəkətlərinə görə aşkar surətdə tənqid edir.[9] Buna görədir ki, 884 saylı qətnamədə yenə məchul növdə ifadə edilmiş "işğalçı qüvvələrin çıxarılması" qeydində məhz hansı işğalçı qüvvələrin kim tərəfindən çıxarılmalı olduğu aydın əks olunmur. Hətta bununla bağlı aşkar surətdə məhz Ermənistan dövlətinin üzərinə adi bir tələb belə qoyulmur. Bütün bunlar yalnız qətnamənin məntiqli təhlili nəticəsində fərz oluna bilər. Bunun əksinə olaraq, xorvatlarla boşnaklar arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar sözügedən qətnamədən bir il əvvəl — 1992-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 752 saylı qətnaməsində münaqişədə işğalçı qüvvələri dəstəkləyən və bu mənada Ermənistanı xatırladan Xorvatiyanın üzərinə belə tələblər qoyulmuşdur.[9][12]

İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən Zəngilanda 1993-cü ildən qalma xarabalıq

Qətnamədə Azərbaycanın daha əvvəl işğal edilmiş ərazilərinin adları çəkilmir, əvəzində "yaxın zamanlarda işğal edilmiş başqa rayonlar" ifadəsindən istifadə olunur. Bəzi müəlliflərə görə, işğal olunmuş ərazilərdən hərbi qüvvələrinin çıxarılmasının dəqiq tarixinin qeyd olunmaması sənədin digər zəif cəhəti hesab edilir. Həmçinin işğal edilmiş ərazilərdən işğalçı qüvvələr çıxarılmadığı təqdirdə onların hansı cəza tədbirlərinə və ya sanksiyalara məruz qalacağı göstərilmir. Eləcə də, sənədin məzmunundan tam olaraq aydın deyil ki, Təhlükəsizlik Şurasının daimi üzvləri ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini dərhal tərk etmələrinin, yoxsa münaqişənin atəşkəs və danışıqlar yolu ilə həllinin daha çox tərəfdarıdırlar.[10]

Təhlükəsizlik Şurasının silahlanmaya ümumi qadağa və ya embarqo qoyulması ilə bağlı mövqeyi də birmənalı deyil. "Hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsi" Ermənistana tələb kimi deyil, çağırış kimi ifadə olunur.

Sənəddə əks olunmuş "ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsin təcili bərpa edilməsi" ilə bağlı qeyd sanki BMT-nin münaqişənin həllini Rusiyanın öhdəsinə qoyması kimi başa düşülür.[10]

Qətnamə Azərbaycan ərazilərinin işğalını təsdiq etsə də, münaqişənin Azərbaycanın lehinə həll edilməsi istiqamətində BMT tərəfindən əməli addımlar atılmamışdır. Nəticədə, tərəflər arasında İkinci Qarabağ müharibəsinin baş verməsi qaçınılmaz olmuş və bunun ardınca 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulmuş, sülh sazişinin imzalanması ilə bağlı tərəflər arasında görüşlər keçirilmişdir. Bununla da üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmişdir.[13]

Qətnaməyə zidd davranışlar

14 fevral 1994-cü ildə Azərbaycanın BMT yanındakı daimi missiyası həmin ilin yanvarında əldə etdiyi, Ermənistan Respublikası silahlı qüvvələrinin nizami hissələrinin Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştirakını təsdiq edən təkzibedilməz sübutları BMT-nin Baş katibinə təqdim edib. 884 saylı qətnamədə Ermənistana hərbi kampaniyanı genişləndirməməsi ilə bağlı çağırış edilsə də, təqdim edilən sübutlarda Ermənistan Respublikası silahlı qüvvələrinin 555-ci motoatıcı alayının 1994-cü il yanvarın 21-dən 22-nə keçən gecə Ermənistanın Vardenis rayonundan irəliləyərək Azərbaycanın Kəlbəcər rayonuna daxil olması əks olunub. Bununla bağlı Azərbaycan tərəfi Ermənistan Respublikası silahlı qüvvələrinə məxsus əməliyyat xəritələrini, əsir götürülən şəxsi heyətin imzalı ifadələrini, o cümlədən erməni hərbçilərinin hərbi biletini katibliyə göndərməklə Ermənistanın Azərbaycana birbaşa təcavüz etdiyini katibliyin diqqətinə çatdırıb.[14]

884 saylı qətnamədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı qeyd edilsə də, müxtəlif illərdə müxtəlif dövlətlər tərəfindən buna zidd addımlar atılmışdır.

İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət sonra 2020-ci il noyabrın 25-də Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hadisəni "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobud pozuntusu" adlandıraraq "Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurduğunu" qeyd etmişdir.[15] Fransa Senatının bu addımını tənqid edən Türkiyənin Ədalət və İnkişaf Partiyası, CHP, MHPİYİ Partiyasının qəbul etdiyi ortaq bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı xatırlanmış və Senatın qəbul etdiyi qərarın beynəlxalq hüquq baxımından heç bir hüquqi qüvvəsinin olmadığı diqqətə çatdırılmışdır.[16]

Həmçinin bax

İstinadlar

  1. Human Rights Watch. Seven Years of Conflict in Nagorno-Karabakh (PDF) (ingilis). USA. 1994. səh. 80. 28 sentyabr 2022 tarixində arxivləşdirilib (PDF).
  2. 1 2 Ruslan Rehimov. "Dağlık Karabağ'daki işgale son verilmesini öngören BMGK kararları uygulanmıyor" (türk). Anadolu Agentliyi. 29 sentyabr 2020. 03 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2022.
  3. Efegil, Ertan; Kasımlı, Cavid. Dağlık Karabağ Üzerine Yazılar (türk). I. İstanbul: Gündoğan Yayınları. 2014. ISBN 975-520-306-5.
  4. "Sixteen years pass since occupation of Azerbaijan's Zengilan region by Armenia" (ingilis). today.az. 29 oktyabr 2009. 01 yanvar 2010 tarixində arxivləşdirilib.
  5. karabakh99.com. "What is UN Security Council Resolution 884, adopted on November 12, 1993, about?" (ingilis). 2020. 27 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2022.
  6. "Armenia-Azerbaijan Conflict" GRS (ingilis). 24 sentyabr 1997. səh. 4.
  7. Akçay, Deniz. "Dağlık Karabağ Uyuşmazlığında Self-Determinasyon Tezlerinin Göreceliği". Ermeni Araştırmaları (65). 2020: səh. 101-129. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2022.
  8. "Doc. S/2016/711 — Letter dated 15 August 2016 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General" (ingilis). 2016. (#cite_web_url); (#accessdate_missing_url)
  9. 1 2 3 4 Coppieters, Bruno; Olivier, Paye. UN and CSCE Policies in Transcaucasia // Contested Borders in the Caucasus (ingilis). Bruxelles: VUB Press. 1996. səh. 103-136. ISBN 90-5487-117-2. 18 oktyabr 2022 tarixində arxivləşdirilib.
  10. 1 2 3 4 Toğrul Aliyev. "Dağlık Karabağ Sorunu ve Uluslararası Örgütler" (PDF) (türk). Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Uluslararası İlişkiler Anabilim Dalı. 2006. 18 oktyabr 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 oktyabr 2022.
  11. Ministry of Foreign Affairs (Azerbaijan). "Documents of International Organizations on the Armenia-Azerbaijan conflict" (PDF) (ingilis). 2017. 01 iyul 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 oktyabr 2022.
  12. United Nations Security Council. "United Nations Security Council Resolution 752" (PDF) (ingilis). 15 may 1992. 19 oktyabr 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 oktyabr 2022.
  13. meclis.gov.az. "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı" (az.). 26 noyabr 2020. 31 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2022.
  14. "Doc. S/1994/147". 17 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2022.
  15. azertag.az. "Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil" (az.). 25 noyabr 2020. 22 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2022.
  16. meclishaber.tbmm.gov.tr. "TBMM'de dört partiden Fransa Senatosu'na ortak tepki" (türk). 27 noyabr 2020. 16 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2022.

Xarici keçidlər

Read other articles:

Instrumen-instrumen musik tiup logam Instrumen musik tiup logam atau dikenal dalam bahasa inggris sebagai brass instrument adalah alat musik yang menghasilkan suara yang berasal dari getaran bibir pemainnya saat meniup melalui tabung resonator (pada jenis instrumen tertentu disebut sebagai mouthpiece). Instrumen musik ini dikenal juga sebagai labrosones, yang berarti instrumen yang dibunyikan oleh getaran bibir. Terdapat dua faktor yang memengaruhi perubahan intonasi nada pada instrumen musik...

 

Les Musiciens du Louvre Grenoble, 2020 Les Musiciens du Louvre Grenoble es un conjunto francés que toca en instrumentos antiguos en el antiguo Convento de los Mínimos de Grenoble. Historia Fundado por Marc Minkowski en 1982, el grupo Les Musiciens du Louvre en principio tuvo su sede en París. Desde 1987, se ha impuesto en el escenario europeo entre los conjuntos de música barroca y clásica. Desde hace algunos años, sus incursiones en las obras de Offenbach, Berlioz y Bizet también han ...

 

الشعار الأرميني القديم للأبد بسملة في مقدمة كتاب طبي عربي مؤلفه مسيحي الأبد هو استمرار الوجود في أزمنة مقدرة غير متناهية في جانب المستقبل، كما أن الأزل استمرار الوجود في أزمنة مقدرة غير متناهية في جانب الماضي، مدة لا يتوهم انتهاؤها بالفكر والتأمل البتة؛ وهو الشيء الذي لا ...

American football player (born 1993) American football player Dak PrescottPrescott with the Cowboys in 2021No. 4 – Dallas CowboysPosition:QuarterbackPersonal informationBorn: (1993-07-29) July 29, 1993 (age 30)Sulphur, Louisiana, U.S.Height:6 ft 2 in (1.88 m)Weight:238 lb (108 kg)Career informationHigh school:Haughton (Haughton, Louisiana)College:Mississippi State (2011–2015)NFL Draft:2016 / Round: 4 / Pick: 135Career history Dallas Cowboy...

 

Książę Asystent Marcantonio Colonna w oficjalnym stroju Książę Asystent Tronu Papieskiego – najwyższy dziedziczny świecki urząd na dworze papieskim (obecnie w Domu Papieskim) przysługująca dwóm głowom określonych włoskich rodzin arystokratycznych. Niegdyś do obowiązków księcia należało pełnienie honorowej warty przy tronie papieskim podczas wszelkich uroczystości liturgicznych oraz innych uroczystości z udziałem papieża. Obowiązki te zostały zniesione przez papie...

 

Ismail SerageldinSerageldin in 2016Born1944Giza, EgyptEducationCairo UniversityAlma materHarvard UniversityWebsitewww.serageldin.com Ismail Serageldin (/ˈsɛrəɡɛldɪn/; born 1944 in Giza, Egypt), Founding Director of the Bibliotheca Alexandrina (BA), the new Library of Alexandria, inaugurated in 2002, is currently, Emeritus Librarian, and member of the Board of Trustees of the Library of Alexandria. He serves as Chair or Member of a number of advisory committees for academic, researc...

Бразилія. Старательський видобудок золота в Серра Пелада (г. Макед) Видобування алмазів, Серро, 1770 р. Зміст 1 XVII ст. — XVIII ст 2 XIX — на початку XX ст. 3 Початок XXI ст. 4 Див. також 5 Джерела XVII ст. — XVIII ст Багаті родовища золота та самоцвітів не були відкриті в початковий період к...

 

English author Ernest BramahBornErnest Bramah Smith(1868-03-20)20 March 1868near Manchester, EnglandDied27 June 1942(1942-06-27) (aged 74)Hammersmith, London, England Ernest Bramah (20 March 1868[1] – 27 June 1942), the pseudonym of Ernest Brammah Smith, was an English author.[2] He published 21 books and numerous short stories and features. His humorous works were often ranked with Jerome K. Jerome and W. W. Jacobs, his detective stories with Conan Doyle, ...

 

Archaeological site in Jordan Little Petraالبتراء الصغيرةTriclinium at Little PetraShown within JordanAlternative nameSiiq al-Bariid (السيق البارد)Location8 kilometres (5.0 mi) north of PetraRegionJordanCoordinates30°22′31″N 35°27′08″E / 30.37528°N 35.45228°E / 30.37528; 35.45228TypeTellLength450 metres (1,480 ft)HistoryMaterialSandstoneCulturesNabateanSatellite ofPetraSite notesExcavation dates1957–1983Ar...

Universitas HohenheimUniversität HohenheimJenisUniversitas terbukaDidirikan1818; 204 tahun lalu (1818)Anggaran€ 144,2 juta[1]RektorStephan DabbertStaf akademik941[1]Staf administrasi1.100[1]Jumlah mahasiswa9.759[1]LokasiStuttgart, Baden-Württemberg, Jerman48°42′41″N 9°12′34″E / 48.7114°N 9.2095°E / 48.7114; 9.2095Koordinat: 48°42′41″N 9°12′34″E / 48.7114°N 9.2095°E / 48.7114; 9.209...

 

UDE Window Manager Información generalTipo de programa Gestor de ventanas, Entorno de escritorioDesarrollador Christian RuppertLanzamiento inicial 1998Licencia GPLVersionesÚltima versión estable 0.2.10a (info) ( 23 de mayo de 2010 (13 años, 6 meses y 16 días))Enlaces Sitio web oficial [editar datos en Wikidata] Unix Desktop Environment (UDE) es un entorno de escritorio para sistemas operativos basados en Unix, como GNU/Linux y FreeBSD, cuya primera versión fue p...

 

Primitive way of calculating area This article is about the method of finding the area of a shape using limits. For the method of proof, see Proof by exhaustion. The method of exhaustion (Latin: methodus exhaustionis) is a method of finding the area of a shape by inscribing inside it a sequence of polygons whose areas converge to the area of the containing shape. If the sequence is correctly constructed, the difference in area between the nth polygon and the containing shape will become arbit...

British orientalist and historian SirThomas Walker ArnoldCIESir Thomas ArnoldBorn(1864-04-19)19 April 1864Devonport, Devon, EnglandDied9 June 1930(1930-06-09) (aged 66)London, England Sir Thomas Walker Arnold CIE FBA (19 April 1864 – 9 June 1930) was a British orientalist and historian of Islamic art. He taught at Muhammadan Anglo-Oriental College,[1] later Aligarh Muslim University, and Government College University, Lahore.[2] Arnold was a friend of Sir Syed A...

 

Questa voce sull'argomento calciatori rumeni è solo un abbozzo. Contribuisci a migliorarla secondo le convenzioni di Wikipedia. Segui i suggerimenti del progetto di riferimento. Ștefan Sameș Nazionalità  Romania Altezza 182 cm Calcio Ruolo Difensore Carriera Giovanili 1965-1971 Steaua Bucarest Squadre di club1 1971-1973→  FCU Craiova47 (0)1973-1982 Steaua Bucarest274 (20)1983 Farul Costanza9 (1)1983-1986 Rapid Bucarest58 (0) Nazionale 1973-1982 Romania...

 

Canadian businessman For other people named Edward Rogers, see Edward Rogers (disambiguation). Edward S. Rogers IIIRogers in 2014BornEdward Samuel Rogers III (1969-06-22) June 22, 1969 (age 54)Toronto, Ontario, CanadaAlma materUniversity of Western Ontario (BA)OccupationBusinessmanBoard member ofRogers CommunicationsMaple Leaf Sports & EntertainmentCableLabsEconomic Council of CanadaSpouse Suzanne Kolev ​(m. 2006)​Children3ParentsTed Rogers (fat...

2008 South Korean filmMy Mighty PrincessTheatrical posterKorean nameHangul무림여대생Hanja武林女大生Revised RomanizationMulim yeodaesaengMcCune–ReischauerMurim yŏtaesaeng Directed byKwak Jae-yongWritten byShinho LeeKwak Jae-yongProduced byAhn Ho-wanJi Yong-junStarringShin Min-aOn Joo-wanYoo GunCinematographyChin Ting-changEdited byKim Sang-bumKim Jae-bumMusic byChoi Seung-hyunDistributed byPrime EntertainmentRelease date 26 June 2008 (2008-06-26) Running time122 min...

 

Agency of the Government of Colombia Office of the Auditor General of the RepublicAuditoría General de la RepúblicaAgency overviewFormedJune 29, 1999 (1999-06-29)TypeControlHeadquartersCra. 10 № 17-18, Piso 9Edificio ColsegurosBogotá, D.C., ColombiaAnnual budgetCOP$16,062,429,892(est. 2010)[1]Agency executivesIván Darío Gómez Lee, Auditor GeneralAna María Echeverry Álvarez, Auxiliary AuditorParent agencyOffice of the Inspector General of ColombiaKey documentDe...

 

Заливный менхэден Научная классификация Домен:ЭукариотыЦарство:ЖивотныеПодцарство:ЭуметазоиБез ранга:Двусторонне-симметричныеБез ранга:ВторичноротыеТип:ХордовыеПодтип:ПозвоночныеИнфратип:ЧелюстноротыеГруппа:Костные рыбыКласс:Лучепёрые рыбыПодкласс:Новопёрые ...

Venezuelan politician Tamara AdriánAdrián in 2008Deputy of theNational Assembly of VenezuelaIncumbentAssumed office 5 January 2016ConstituencyCapital District Personal detailsBorn (1954-02-20) 20 February 1954 (age 70)Caracas, VenezuelaPolitical partyPopular WillAlma materAndrés Bello Catholic UniversityProfessionLawyer Tamara Adrián (born 20 February 1954, in Caracas) is a Venezuelan politician, who was elected to the National Assembly of Venezuela in the 2015 Venezuelan parliam...

 

Ethnic diaspora Lebanese people in Sierra LeoneTotal population3,000[1]ReligionIslam and ChristianityRelated ethnic groupsLebanese diaspora Part of a series of articles onLebanese peopleEmblem of Lebanon(Lebanese cedar) Lebanese people Lebanese people by religion: Lebanese Muslims Shia Sunni Druze Lebanese Christians Maronite Greek Orthodox Melkite Protestant CommunitiesNative communities outside of Lebanon: Cyprus Syria Lebanese diaspora: Europe Germany France United Kingdom Sweden G...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!