Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi.[2] İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.
Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, ErmənistanıDağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Qarabağ müharibəsi başlayan kimi həm şərq, həm də qərb tərəfdən erməni qüvvələri ilə əhatə olunan Kəlbəcərə ara-sıra hücumlar olurdu.[3]1990-cı il iyul ayının 11-də erməni separatçıları tərəfindən "Tərtər - Kəlbəcər" sərnişin avtobusu partladaraq, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirdi. Terror hadisəsi nəticədə 14 nəfər həlak oldu, 35 nəfər yaralandı.[4]
1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi ermənilər tərəfindən işğal olundu. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı.[3]
1993-cü ildə Kəlbəcərin müdafiəsini 701 saylı briqada təşkil edirdi. Briqadanın komandiri ehtiyatda olan polkovnik Əzizağa Qənizadə idi. 701 saylı briqada 20 sentyabr 1992-ci ildə, 1993-ci il martın 30-na kimi Laçın rayonunun şimal-qərb hissəsində qarşısında duran döyüş tapşırığını yerinə yetirib.[3]
1993-cü il fevral ayının 15-də Ağdərə rayonunun işğalı nəticəsində briqada blokada vəziyyətinə düşdü. 3-cü taborun tərkibində yalnız atıcı silahlarla silahlanmış 400 nəfərlik heyətin briqadanın tabeliyindən çıxarıldı. Həmin tabor Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu inzibati mərkəzi istiqamətində sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. 110 km-lik Ermənistanla dövlət sərhədində təqribən hər 10 km-lik məsafədən bir, 30 nəfərdən ibarət sərhəd dəstələri yerləşmişdi. Onlara kiçik təxribat dəstələrini zərərsizləşdirmək həvalə olundu. Kəlbəcər rayonunun Müdafiə Şurası tərəfindən yerli çağırışçılardan özünümüdafiə taboru təşkil edilsə də orada hərbi mütəxəssislər yox idi. Tez formalaşdırılmış tabor, tanklardan, artilleriya və minaatanlardan istifadə edən ermənilərin hərbi hissəsinin hücumunu dəf etmək imkanına qadir olmadı. Əzizağa Qənizadənin əmri ilə fevralın 14-də briqadanın 1-ci taboru (130 nəfər) Kəlbəcər rayonunun girişində Çərəktar kəndi yaxınlığında əlverişli mövqedə yerləşdirildi.[3]
Kəlbəcər bölgəsi
Kəlbəcər Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qərb sərhədi arasında yerləşir. Dik dağ silsiləsi arasında yerləşən, bölgənin müharibə vaxtı əhalisi təqribən 45.000–60.000 nəfər etnik azərbaycanlılar və kürdlərdən ibarət idi.[5]
Kəlbəcərin işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin hesablarına görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.[4]
2019-cu ildə Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayırdı.[4]
Döyüş
Güclü müqavimət
Mart ayının sonlarında məğlubiyyətə uğramış Azərbaycan hərbi qüvvələri bölgədən mülki şəxsləri şimalda yerləşən Yevlax şəhərinə və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə köçürmüşdü. Ermənilər dörd istiqamətdən Kəlbəcərə girmək üçün bir neçə yüz nəfərlik bir dəstə toplamışdılar: Melkonyanın özünə tabə Qarabağ və tanklardan ibarət dəstəsi cənub-şərqdən; Vardenis şəhərindən yüz əlli nəfərlik dəstə qərbdən; üçüncü qüvvə şimaldakı Ağdaban kəndindən və əsas hücum qüvvəsi Narınclar kəndindən hücum etməli idi.[6]
Martın 26-da ermənilər 1 alay, tank, PDM, 3 ədəd döyüş vertolyotunun havadan dəstəyi ilə şiddətli artilleriya hazırlığından sonra Getavan-Çərəktar istiqamətində hücuma keçdilər. Müdafiə mövqelərində duran 1-ci motoatıcı tabor (MAT) ermənilərin çoxsaylı üstünlüyünə baxmayaraq hücumu dəf etdi. Bu döyüşdə ermənilərin bir tankı, iki PDM, bir Mİ-24 helikopteri, 50 nəfərə qədər şəxsi heyəti məhv edilmişdi. Birinci taborun 5 döyüşçüsü həlak olub, 6 nəfəri yaralanmışdı.[3]
Martın 27-si səhər saat 09:00-da Monte Melkonyanın iki tabora qədər canlı qüvvəsi, D-30 artilleriya divizionu, iki minaatan batareya, zenit batareyası, tank bölüyü, 10 qədər PDM-in atəş dəstəyi ilə artilleriya hazırlığından sonra, Kəlbəcər özünümüdafiə 1-ci bölüyünün mövqelərinə hücuma keçərək Ağdaban yaşayış məntəqəsini işğal etdi.[7] Saat 11:00-da geri çəkilən 1-ci özünümüdafiə bölüyü Bağlıpəyə yaşayış məntəqəsi qarşısında müdafiə üçün mövqeləndi. Saat 12:00-da ermənilər Mİ-24 vertolyotlarının atəşilə 1-ci MAT müdafiə rayonuna, zenit toplarının atəş mövqelərinə havadan zərbə endirməklə hücuma keçdi. 1-ci Tabor ermənilərin hücumunu ikinci dəfə dəf etdi. Zenit batareyasının topçularından 3 nəfər həlak oldu, 2 nəfər yaralandı. Saat 17:00-da ermənilər 1-ci taborun müdafiə rayonuna yenə də həmlə etdi. 1-ci Tabor mütəşəkkil hərəkət edərək öz mövqelərini qoruyub saxladı. Lakin ermənilər açıq cinahı müəyyənləşdirdi. Onlar 701-ci Briqadanı sol cinahdan, yandan keçərək, həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın-Kəlbəcər yol bağlantısını ələ keçirmək məqsədilə müdafiənin dərinliyinə irəlilədi. Yaranmış əməliyyat durumu ilə əlaqədar olaraq, Ə. Qənizadənin əmri ilə bir zirehli dəstə Laçında gedən döyüşlərdən çıxarılaraq, Kəlbəcərə göndərildi.[3]
28 mart saat 15:00-da Melkonyanın qüvvələri Bağlıpəyə yaşayış məntəqəsinin şimalından 1-ci ozünümüdafiə bölüyünün mövqelərinə hücuma keçdi və Azərbaycan silahlı dəstələrini darmadağın etdi. Kəlbəcər rayonu 1-ci özünümüdafiə bölüyü öz fəaliyyətini bitirdi. Saat 17:30-da erməni qüvvələri, Laçın rayonundan Bağlıpəyə istiqamətində irəliləyən, zirehli dəstəsinin mövqelənməsinə imkan vermədən, işğal etdiyi hakim yüksəkliklərdən faydalanaraq hücuma keçdi. Zirehli dəstə 2 PDM, 4 şəhid, 5 nəfər yaralı itki verməklə geri çəkildi. Saat 19:00–da 2 tank, 3 PDM, 20 nəfər əsgər qüvvə ilə həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın yol bağlantısı və Tunel qarşısında, zirehli dəstə müdafiə mövqelərində mövqeləndi. Erməni tərəfi 1-ci MAT-un arxasına çıxdı, onu əsas qüvvələrdən ayırdı. Tabor mühasirəyə düşməmək məqsədilə Ağqaya-Tunel istiqamətində geri çəkilmək əmri aldı.[3]
29 mart saat 15:00-da Melkonyanın qüvvələri Nəreştar-Keçiliqaya, Mərcimək-Zülfüqarlı yaşayış məntəqələri istiqamətində hücuma keçərək, Kəlbəcər fədailərin 2-ci və 3-cü hazırlıqsız özünümüdafiə bölüklərini darmadağın etdi. Saat 11:00-da vəziyyət kritik həddə çatmışdı. 1-ci Ordu Korpusunun komandiri general Nəcməddin Sadıqov cəbhənin yarılmış sahəsinə, “Tunel” mövqelərinə gələrək vəziyyətlə yerində tanış oldu. Saat 13:00-da Bakı şəhərindən məcburi toplanmış 75 nəfər qənc əsgər Tunel mövqeyinə gətirildi. Onlar təlim görməmiş, komandirləri olmayan, bir-birini tanımayan, silahdan istifadə etməyi bacarmayan, silahları və sursatları paylanmamış və əsgərlərə təhkim edilməmişdi. Briqadanın komandanlığı əsgərlərə silahları paylanmasını, onlardan istifadə etməyin öyrədilməsini, kiçik komandirləri təyin edilməsini, 15 dəqiqə ərzində döyüş hazırlığı keçməyi və Mərcimək yaşayış məntəqəsinin mövqelərdə yerləşdirilməsini təmin etdi. Saat 15:00-da 1-ci Taborun 30 əsgəri mühasirədən çıxıb, Tunel sahəsinə gəldi. Saat 16:00-da Vəng yaşayış məntəqəsi istiqamətində irəliləmək və əlverişli mövqedə pusqu qurmaq barədə general N.Sadıqov şəxsən sərəncam verir. Mühasirədən çıxan 1-ci taborun 30 əsgəridə bu tapşırığı yerinə yetirilməsinə cəlb edildi. Saat 16:00-da Bakı şəhərindən toplanmış 50 nəfər gənc əsgər Tunel mövqeyinə gətirildi. Döyüşə hazırlıq ermənilərin minaatanların və topların atəşi altında gedirdi, artıq bir neçə əsgər, o cümlədən N. Sadıqovun yanında durmuş rabitəçisi də yaralanmışdı. Saat 20:00-da ermənilər Vəng yaşayış məntəqəsi daxil olmaqla Tərtər çayının cənub sahili boyu köməyə göndərilən qüvvələri mühasirəyə aldı və onları darmadağın etdi. Martın 29-da günün sonuna Taxtabaşı-Keçiliqaya-Mərcimək-Ağqaya-Bağlıpəyə-Çayqovuşan-Qaragöl hüdudunu ələ keçirdi və 701-ci briqadanın 1-ci Taborunu əsas qüvvələrini geri çəkilməyə macal vermədən mühasirəyə aldı.[3]
Martın 30-da Kəlbəcərdə vəziyyət öz böhranlı mərhələsinə çatdı. Müdafiəni yarmış ermənilərin saxlanılması və Zülfüqarlı yaşayış məntəqəsindəki Kilsəli-Zülfüqarlı-Kürdhacı vacib yol bağlantısını ələ keçirməsinin, bununla da briqadanın yeganə təminat və hərəkət marşrutunu kəsməsinin qarşısını almaq məqsədilə Laçın rayonunun şimalında müdafiə olunan, 2-ci və 5-ci taborlara Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində döyüş ehtimalı ilə irəliləmək və Ömər-Tunel-Zülfüqarlı-Laçın marşrutunu ermənilərdən "təmizləmək" tapşırığı verilmişdi. Həmin vaxt artıq ermənilə Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Qılınclı-Kəlbəcər və Zod-Dəmirçidam istiqamətdə canlı qüvvə və texnika toplayaraq hücuma keçməyə hazırlaşırdı. Bu qüvvələrə qarşı bir-birindən uzaq olduğuna görə atəş dəstəyi olmayan, 100 kilometrlik dağlıq ərazidə 10 zastavaya bölünmüş sərhəd dəstələri tab gətirə bilmirdi. Ermənilər 40 nəfərlik Söyüdlü və Dikyurd sərhəd zastavalarına hər birinə, tərkibində şəxsi heyət 500 nəfər əsgər, bir necə tank və 20-yə qədər PDM olan qüvvə ilə hücum edirdi. Həmləyə məruz qalmış sərhəd dəstələrinə qarşı qüvvə və vasitələrin nisbəti 1/12 idi. Kəlbəcər döyüşündə 701-ci briqadaya qarşı çoxsaylı ağır texnika və silah-sursatla silahlanmış erməni və rus birləşmələri üç dəfə artıq (6 hərbi alayı, 1 tank taboru və vertolyotları) döyüşürdü. Kəlbəcər və Laçında yerləşən briqada və başqa bölmələr sağ cinahdan Ermənistan sərhədi boyunca erməni və rus ordu birləşmələri, cəbhə və sol cinahdan Qarabağ erməni ordusu və erməni birləşmələri, arxada isə keçilməz Murovdağ silsiləsi əhatəsində idi.[3]
30 mart saat 10:00-da Ermənistan ordusu Ermənistan Respublikası ərazisindən 2-ci cəbhəni açıb və dövlət sərhədini pozaraq Kəlbəcər rayonuna hücuma keçdi. Döyüş zamanı Azərbaycanın sərhəd dəstələri nə qüvvə, nə də vasitələrlə bir-birinə qarşılıqlı yardım edə bilmirdi. Saat 11:00-da Müdafiə Nazirliyi tərəfindən Kəlbəcərə göndərilən tabor 80 nəfər itirərək, Tunel sahəsində darmadağın edilmişdi. Kəlbəcər rayonunun yer səthinin mühüm sahələri, hakim yüksəkliklər və Tunel ermənilər tərəfindən tutulmuşdu. Saat 12:00-da Söyüdlü sərhəd zastavası Ermənistan ərazisindən tabora qədər qüvvə tərəfindən hücuma məruz qaldı. Zastavanın heyəti sərhəddən çəkilib əlverişli yerlərdə mövqeləndi. Saat 16:00-da ermənilər Ağdərə-Kəlbəcər istiqamətində Keçiliqaya-Comərd-Bağırlı-Qanlıgöl hüdudunu ələ keçirmişdi. Mühasirəyə düşən 1-ci taborun bir hissəsi Ermənistan tərəfindən işğal olunmuş Ağdərə rayonunun ərazisi ilə Tərtər rayonuna tərəf irəliləyib mühasirədən çıxırdı.[3]
Həmin gün "Kəlbəcər rayonunun əhalisinin təxliyə edilməsi (köçürülməsi) haqqında" Azərbaycan PrezidentiƏbülfəz Elçibəyin göstərişinə uyğun olaraq yerli əhalinin təxliyəsi başlandı. Təxliyəyə Kəlbəcər özünümüdafiə taborunun əsgərləri də cəlb olundular və daha müdafiə döyüşlərində iştirak edə bilmədilər. Bütün kommunikasiya yolları və yol bağlantılarında təşvişə düşmüş yerli əhalinin nəqliyyat vasitələri və əşyaları tıxaclar əmələ gətirdi. Bu tıxaclar öz növbəsində Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonu ərazisində manevr imkanlarını tamamı ilə heçə endirdi. Bakı şəhərindən rayona vertolyotla Kəlbəcərə döyüşmək üçün gətirilən, hazırlıqsız dəstələr darmadağın edilərək yoxa çıxmışdı. Martın 30-da 701-ci briqadanın bölmələri müdafiə nazirinin əmri ilə Laçın rayonunun mövqeləri tərk edib, onu təqib edən ermənilərin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna geri çəkilməyə başladı. Lakin ermənilər geriçəkilməni aşkar edib, geri çəkilən bölmələri özünə cəlb edərək iflic etmək və ləngitmək məqsədilə Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətində təqibə başladı. Eyni zamanda Vardenis-Kəlbəcər-Qılınclı, Zod-Seyidlər-Yanşaq, Tunel-Qamışlı, Vəng-Yanşaq istiqamətlərində taktiki cəhətdən vacib yol bağlantıları ələ keçirmək, geri çəkilən briqadanın geri çəkilmə yollarını kəsmək, bir-birindən ayırıb parçalamaq və məhv etmək məqsədilə hücuma keçdi. 30 mart tarixində Kəlbəcər-Ağdərə istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə üçün tərkibində 2 tank, 3 PDM və 20 əsgər olan zirehli dəstəsi qalmışdı.[3]
31 mart saat 16:00-da 701-ci Briqadanın bölmələri Laçın rayonunun şimalındakı mövqeləri tərk edib, onu təqib edən ermənilərin hücumlarını dəf edərək, Kəlbəcər rayonuna geri çəkilirdi. Özləri ilə apara bilmədiyi döyüş sürsatları və texnika məhv edildi. Günün sonuna ermənilər Kəlbəcər rayon inzibati mərkəzi ətrafdakı hakim yüksəklikləri, Keçiliqaya — Comərd-Bağrlı-Qanlıgöl hüdudunu və Laçın-Kəlbəcər marşrutu üzərindəki tuneli ələ keçirdi. Artıq bu şəraitdə 701-ci briqada mühasirəni yararaq əlverişli vəziyyətdə olan hakim yüksəkliklərdə mövqelənmiş ermənilərlə, qeyri bərabər döyüşlər apararaq, döyüşün gedişini dəyişə bilməzdi.[3]
Melkonyanın irəliləyişi
1 aprel saat 10:00-da Dikyurd sərhəd zastavası ermənilərin tabora qədər qüvvəsi tərəfindən hücuma məruz qaldı. Zastavanın şəxsi heyəti rayon mərkəzinə geri çəkilərək mövqeləndilər. Saat 14:00 - Laçın rayonundan çıxmış 701-ci Briqadanın 4-cü Taboru tərkibində 100 nəfər əsgərlə mühasirəni döyüşlərlə daxildən yararaq, Kəlbəcər-Zod-Ağdərə yol bağlantısına çıxdı. Azərbaycan tərəfi Qamışlı körpüsünə aparan Kəlbəcər-Zod-Ömər-Ağdərə yol bağlantısı və yol sahəsi ələ saxlanmasını istəyirdi. Vacib yol bağlantısını müdafiə etmək üçün 701-ci briqadanın tərkibində zirehli qrupun 1 tank, 2 PDM, 15 nəfər əsgəri və 4-cü taborun 100 nəfərlik yüngül silahlarla silahlanmış şəxsi heyəti vardı. 4-cü tabor 75 əsgərlə Qamışlı körpüsü üzərindəki hakim Çiçəkli yüksəkliyində, 1 tank, 10 əsgər körpünün Zod-Qamışlı körpüsü istiqamətində, 2-PDM, 30 əsgər Kəlbəcər-Qamışlı körpüsü istiqamətində müdafiə mövqelərində mövqeləndi. Erməni dəstələri Tunel-Qamışlı, Zod-Qamışlı, Qılınclı-Qamışlı istiqamətlərində hücuma keçdi. Gün ərzində Çiçəkli yüksəkliyi 3 dəfə əldən ələ keçdi. Ermənilər 1 tank, 1 PDM və çoxsaylı itkilər verərək əldə etdiyi mövqelərdə dayandırıldı. 701-ci briqadanın bölmələri 7 şəhid 12 nəfər yaralı verdi.[3]
Sonuncu təkan
Murovdağ silsiləsi ilə Kəlbəcəri tərk edən azərbaycanlı qaçqınlar. 1993-cü il.
2 aprel saat 10:30-da Melkonyanın dəstələri səsucaldan və radio rabitəsi vasitəsilə saat 16:00-dək müqavimətə son qoymaq və təslim olmaq tələbinin səsləndirdi. Ermənilər təslim olanlara həyatını saxlamağa, müqavimət göstərənləri hamısını güllələməyə söz verirdilər. Saat 11:30-da Briqada komandiri son durumu 1-ci ordunun komandiri general N.Sadıqova məruzə edərək ultimatum barədə bildirir. N.Sadıqov panikaya düşməməyə göstəriş verdi. Saat 12:30-da ermənilərin kəşfiyyat-diversiya qrupu müdafiənin dərinliyində 1815 yüksəkliyinin şimal-qərb ətəklərində, Kəlbəcər-Qamışlı-Ağdərə yol bağlantısı və Qamışlı yaşayış məntəqələri arası yol üzərində əlverişli mövqelərdə pusqu quraraq yol ilə hərəkəti iflic etdi. Saat 16:00-da ermənilər 4-cü taborun bölmələrini darmadağın edib, yol üzərində hakim olan Çiçəkli yüksəkliyini ələ keçirdi və yola tərəf aşağı enərək, 701-ci briqadanın körpünü müdafiə edən 1 tank və 10 əsgərlik qüvvəsinə hücum etdi. Saat 18:00-da 701-ci briqada komandirinin sərəncamımda 14 nəfərdən ibarət şəxsi heyət qalmışdı və Qamışlı körpüsünü müdafiə etməyə çalışırdı. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu sərhədçi vəzifələrini yerinə yetirən və sərhədi müdafiə edən 3-cü taborun iki zastavası, Zəylik və Yellicə mühasirədə qalmışdı. Aprelin 2-də ermənilər 701-ci briqadanın Qamışlı körpüsünü müdafiə edən 14 nəfərlik dəstəni darmadağın edildi və briqadanın, düşmənin dərinliyində mühasirədə qalmış bölmələri nəzarətsiz ərazilərlə düşmən ərazisindən sızıb Murovdağ silsiləsini keçdi və Toğana yaşayış məntəqəsində yaradılmış qərargahda toplanmağa başladı.[3]
Melkonyanın fikrincə, Azərbaycan qüvvələrinin bir çoxu avadanlıqlarının çatışmazlığından hücuma hazır deyildi.[8] Melkonyan dəstəsinin altmış səkkiz nəfərə qədər azaldılmasına baxmayaraq, Kəlbəcərə irəli getmələrini əmr etdi.
Aprelin 3-də ermənilər Laçın rayonunun şimalını və Kəlbəcər rayonunu işğal etdi. Günün sonuna Qarabağdakı erməni birlikləri Azərbaycan ordusunun geri çəkilən bölmələrini təqib edərək Ömər aşırımına çıxdı və Kəlbəcəri Gəncə ilə birləşdirən yol ayrıcını ələ keçirdi. 4 aprel saat 03:00-da 701-ci briqadanın bölmələri hücuma keçərək 26 nəfər şəhid, 20 nəfər yaralananlar itki verməklə Ömər aşırımı ermənilərdən azad etdi. Saat 13:00-da Ömər aşırımının ətəyinə Müdafiə Nazirliyinin tərəfindən iki briqada gətirildi. 5 apreldə Kəlbəcər şəhəri müdafiəçilərinin şəhərinin mərkəzinə sıxılmış son atəş nöqtələri ermənilər tərəfindən susduruldu. 7 apreldə Zəylik və Yellicə zastavalarının şəxsi heyəti Ömər aşırımında mühasirəni daxildən döyüşlərlə yarmaqla, itkilər verərək mühasirədən çıxıb.[3]
Monte Melkonyanın böyük qardaşı Markar şəhər sakinlərini narahat edən müharibə yorğunluğunu izah edirdi:
Bir əli bandajlı və yanmış ayağı olan bir düşmən əsgəri eşşəyə minərək təslim olur. Böyük Vətən Müharibəsi medalları ilə bəzədilmiş solğun gödəkçədə olan bir yaşlı insan evini əbədi tərk edərkən ağlayır. Qara yazmada olan bir yaşlı qadın, çubuqda cırılmış vərəqə qoyaraq Monte və Abo [onun radio operatoru] ilə Azərbaycan türkcəsində salamlaşır, sonra qəflətən Montenin ayaqlarını öpmək üçün yerə çökür. Təəccüblənən və yöndəmsiz olan Monte geri çəkilməyə çalışır. "Yox!" deyə o qışqırır. "Yox" o, refleksli olaraq əyilir və qadını qolundan tutur. "Nə edirsiniz?" Anadolu Türkcəsində "Heç vaxt belə etmə!" deyə soruşur...[Melkonyan] [paytaxtda] bir sıra səliqəli, lakin parlaq vitrinlər və bir neçə toyuq tapdı. Şəhər sakinləri...yolda qida üçün toyuqları aparmamışdı. Həyatın yeganə başqa əlaməti, şəhərin mərkəzindən keçən yolun boş ortasında bir BMP idi.[9]
Döyüş üçün Melkonyanın kontingenti vaxtında çatmasa da, bölgənin paytaxtı işğal olunmuşdu. Bəzi təsərrüfat həyatından başqa, şəhər əsasən tərk edilmişdi. Ermənilər Qarabağdan Ermənistana qədər uzanan bir ərazini, ümumilikdə 3000 kvadrat kilometr ərazini ələ keçirmişdi.[10] Bir çox azərbaycanlı qaçqın Murovdağ silsiləsinin Ömər aşırımından keçərkən donaraq ölmüşdü. Son helikopterlər aprelin 1-də yola düşdükdən sonra onlar dondurucu temperaturda güclü qarlı yerlərdən keçməyə məcbur oldular. Yevlax və Daşkəsəndə yerləşən düşərgələrdə 39 minə yaxın mülki şəxs var idi. Münaqişə zonasından qaçqınları və yaralıları gətirən dörd azərbaycanlı Mi-8 helikopteri qəzaya uğramışdı, helikopterlərdən sonuncusu isə erməni qüvvələri tərəfindən vurulmuşdu.[11]Human Rights Watch araşdırmalarında Kəlbəcər hücumu zamanı erməni qüvvələrinin çoxsaylı müharibə qaydalarını pozduğunu, mülki əhalinin zorla xaric edilməsini, cəzasız atəş və girov götürülməsini həyata keçirtdiyini qeyd edirdi.[5]
Reaksiya
Beynəlxalq təşkilatlar Kəlbəcər döyüşünə görə Qarabağda və Ermənistanda olan erməniləri tənqid etdi. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin baş məsləhətçisi Vəfa Quluzadə iddia edirdi ki, Ermənistanda yerləşən Rusiyanın 128-ci alayından yardım gəldiyi üçün bölgə çox asanlıqla Ermənistan tərəfindən işğal olundu. Əməliyyatın komandiri Qurgen Dalibaltayan bunu təkzib edərək, qeyd etmişdi ki, "Moskva [yəni Rusiya hökuməti] Ermənistanın hərbi əməliyyatlara tam nəzarət etmirdi".[12] Ermənistanın qərb qonşusu olan Türkiyə sərhədlərindən gələn humanitar yardımı dayandırdı. ABŞ hücumu pisləyərək, Ermənistan hökumətinə "kəskin cavab" verib, müşayiət məktubu göndərdi.[10][13][14]
30 aprel1993-cü ildə Türkiyə və PakistanBirləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bölgədəki erməniləri Kəlbəcərdən və Azərbaycanın digər ərazilərindən dərhal çəkilməsini tələb edən 822 saylı qətnaməsinə dəstək verdi. Türkiyə Prezidenti Turqut Özal Azərbaycan tərəfini hərbi müdaxilə etməyə çağırdı və aprelin 14-də keçmiş Sovet respublikalarına qastrol səfərinə çıxdı.[15] İran da Azərbaycandakı çox sayda qaçqının öz sərhədlərinə doğru cənuba qaçdığı üçün hücumu pisləmişdi.[16] Düşmən hücumlarına son qoymaq üçün mayın 6-da ABŞ, Rusiya və Türkiyə Kəlbəcər bölgəsindən Ermənistan qoşunlarının çıxarılması çağırışını təkrarladı və hər iki tərəfi rəsmi sülh danışıqlarına çağırdı.[17]
İstinadlar
↑DeRouen, Karl R.; Heo, Uk. Civil Wars of the World: Major Conflicts Since World War II, Volume 2. Santa Barbara, CA: ABC-CLIO, Inc. 2007. səh. 151. ISBN1-85109-919-0.
↑DeRouen and Heo. Civil Wars of the World, p. 152.
↑Melkonian. My Brother's Road, 247. A videotape shot during the fighting showed an encounter where an Armenian BMP fired a shell at Azeri troops covering behind a gas tanker. The shell hit the tanker and engulfed several dozen fighters in flames. After the battle ended, the videotape showed the Ganja intersection strewn with dead bodies with Monte pointing down the road, remarking "The farther you go down this road, the more corpses you'll find."
↑"Turk Says Russia Is Tangled in Caucasus War". The New York Times. 1993-04-15. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-11.. Özal's reasoning was based on his belief that the Russians had too great a role in the conflict.
Villadossola Gemeente in Italië Situering Regio Piëmont (PMN) Provincie Verbano-Cusio-Ossola (VB) Coördinaten 46° 3′ NB, 8° 15′ OL Algemeen Oppervlakte 18,0 km² Inwoners (1 januari 2018) 6.617[1] (384 inw./km²) Hoogte 257 m Overig Postcode 28844 Netnummer 0324 Beschermheilige Bartolomeüs (apostel) Naam inwoner villadossolesi ISTAT-code 103075 Portaal Italië Villadossola is een gemeente in de Italiaanse provincie Verbano-Cusio-Ossola (regio Piëmont) e...
Indian Hindustani classical vocalists Rajan and Sajan MishraRajan and Sajan Mishra (2020)Background informationGenresHindustani Classical MusicMembersRajan MishraSajan Mishra Rajan and Sajan Mishra are brothers, singers of the khyal style of Indian classical music. They were awarded the Padma Bhushan in 2007,[1] Sangeet Natak Akademi Award, jointly in 1998,[2] the Gandharwa National Award for 1994–1995 and the National Tansen Samman 2011–2012 on 14 December 2012.[3]...
Matt Targett Targett bermain untuk Southampton pada 2017Informasi pribadiNama lengkap Matthew Robert Targett[1]Tanggal lahir 18 September 1995 (umur 28)Tempat lahir Eastleigh, Hampshire, InggrisTinggi 183 cm (6 ft 0 in)[2]Posisi bermain Bek kiri / Bek sayapInformasi klubKlub saat ini Newcastle UnitedNomor 13Karier junior2003–2014 SouthamptonKarier senior*Tahun Tim Tampil (Gol)2013–2019 Southampton 43 (1)2018 → Fulham (loan) 18 (1)2019–2022 Aston Vil...
This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) A major contributor to this article appears to have a close connection with its subject. It may require cleanup to comply with Wikipedia's content policies, particularly neutral point of view. Please discuss further on the talk page. (December 2010) (Learn how and when to remove this template message) This article needs additional citations ...
1989 single by Skid Row I Remember YouSingle by Skid Rowfrom the album Skid Row B-side Makin' a Mess Big Guns (live) ReleasedNovember 1989GenreGlam metal[1][2][3][4], power ballad[5]Length5:14LabelAtlanticSongwriter(s) Rachel Bolan Dave Sabo Producer(s)Michael WagenerSkid Row singles chronology 18 and Life (1989) I Remember You (1989) Monkey Business (1991) I Remember You is a song by American heavy metal band Skid Row. It was released in November 1989 ...
Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada April 2017. Koji NakaoInformasi pribadiNama lengkap Koji NakaoTanggal lahir 8 September 1981 (umur 42)Tempat lahir Prefektur Kagoshima, JepangPosisi bermain GelandangKarier senior*Tahun Tim Tampil (Gol)2000-2004 Consadole Sapporo 2002 →Yokohama FC 2004-2005 S...
Ini adalah nama Korea; marganya adalah Jo. Jo Jung-sukJo Jung-suk pada bulan Juni 2013Lahir26 Desember 1980 (umur 42)Seoul, Korea SelatanNama lainCho Jung-seokPendidikanInstitut Seni Seoul – TeaterPekerjaanAktorTahun aktif2004–sekarangAgenCulture DepotJS Company[1]JAM Entertainment[2]Suami/istriGummy (m. 2018)Nama KoreaHangul조정석 Hanja曺政奭 Alih AksaraJo Jeong-seokMcCune–ReischauerCho Chŏngsŏk Jo Jung-suk (lahir 26...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Nico and Dani – news · newspapers · books · scholar · JSTOR (February 2009) (Learn how and when to remove this template message) 2000 Spanish filmNico and DaniSpanish film posterDirected byCesc GayWritten byCesc GayTomás AragayStarringFernando RamalloJordi Vil...
Judgement of the High Court of Australia This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (January 2018) (Learn how and when to remove this template message) Airlines of New South Wales Pty Ltd v New South Wales (No 2)CourtHigh Court of AustraliaDecided3 February 1965Citation(s)[1965] HCA 3, (1965) 113 CLR 54Case historyPrior action(s)Air...
American suspense thriller television series Devil in OhioNetflix posterGenreSuspense thrillerCreated byDaria PolatinBased onDevil in Ohioby Daria PolatinStarring Emily Deschanel Sam Jaeger Gerardo Celasco Madeleine Arthur Xaria Dotson Alisha Newton Naomi Tan Theme music composer Bishop Briggs Will Bates ComposerWill BatesCountry of originUnited StatesOriginal languageEnglishNo. of episodes8ProductionExecutive producers Daria Polatin Rachel Miller Andrew Wilder ProducerIan HayProduction locat...
MandianginKecamatanMasjid Raya NurussaadahNegara IndonesiaProvinsiJambiKabupatenSarolangunPemerintahan • CamatFajardin, S.PdKode Kemendagri15.03.06 Kode BPS1503060 Luas- km²Desa/kelurahan20 desa/kelurahan Pakaian adat laki-laki di Desa Mandiangin, sekitar tahun 1914-1921. Mandiangin adalah sebuah kecamatan di Kabupaten Sarolangun, Jambi, Indonesia. Mandiangin merupakan pemekaran wilayah dari kecamatan Pauh pada tahu 1999. Sekarang Kecamatan Mandiangin memiliki 28 Desa.salah ...
M.A.B. PaintsTypePublicIndustryPaint/CoatingsFounded1899HeadquartersBroomall, PA, U.S.ProductsPaintIndustrial coatingPainting equipmentRevenue$146,000,000OwnerSherwin-WilliamsNumber of employees730 (2006)Websitewww.mabpaints.com M.A.B. Paints (officially M.A. Bruder & Sons Inc.) was a regional manufacturer of architectural, commercial and industrial coatings for the professional and do-it-yourself markets. Founded in 1899 in South Philadelphia by Michael A. Bruder, M.A.B. Paints grew to o...
Lulesamisch(Julevsámegiella) Gesprochen in Schweden, Norwegen Sprecher etwa 600 in Norwegen[1], etwa 500 in Schweden[2] LinguistischeKlassifikation Uralische Sprachen Finno-ugrische Sprachen Samische Sprachen Westsamische Sprachen Lulesamisch Sprachcodes ISO 639-2 smj ISO 639-3 smj Die Verbreitung der samischen Sprachen mit Lulesamisch als Nummer 4 Die Lulesamische Sprache (julevsámegiella) ist eine uralische, west-samische Sprache, die vornehmlich in der Lule Lappmark – d...
Recipient of the Victoria Cross William Stephen KenealyBorn26 December 1886Wexford, County Wexford, IrelandDied29 June 1915 (aged 28)near Cape Helles, Gallipoli, Ottoman TurkeyBuriedLancashire Landing Cemetery, Gallipoli PeninsulaAllegiance United KingdomService/branch British ArmyYears of service1909–1915RankLance SergeantService number1809UnitLancashire FusiliersBattles/warsWorld War I Gallipoli campaign Landing at Cape Helles † AwardsVictoria CrossOther workCoa...
1990 single by The Soup DragonsMother UniverseSingle by The Soup Dragonsfrom the album Lovegod Released1990GenreAlternative rock, dubLengthvariousLabelBig LifeSongwriter(s)Sean DicksonThe Soup Dragons singles chronology Crotch Deep Trash (1989) Mother Universe (1990) I'm Free (1990) Mother Universe is a single taken from the Soup Dragons album Lovegod. The original version, hinging on a Marc Bolan riff,[1] was initially ignored and regarded according to Rage Magazine as 'weird'.[2...
The C-34 Mosquito Impoundment Project was a collaboration in the Thousand Islands during the 1970s between Brevard County Mosquito Control, The Florida Medical Entomological Laboratory, and NASA.[1] This project was conducted to test the ability of remote sensing to detect flooding stress in mangroves during flooding for mosquito control. Mosquito control in the Cocoa Beach area was initially provided by application of various pesticides, including DDT.[2] Cocoa Beach was the ...
American comedian and actor (born 1956) SinbadSinbad in 2008Birth nameDavid AdkinsBorn (1956-11-10) November 10, 1956 (age 67)[1]Benton Harbor, Michigan, U.S.Medium Stand-up film television Years active1986–presentGenresObservational comedy, political satire, black comedy, surreal humor, character comedy, clean comedySubject(s)Everyday life, self-deprecation, marriage, parenting, American politics, current events, family, friend, pop culture, race relations, racism, relati...
Biblical figure For other uses, see Boaz (disambiguation). Julius Schnorr von Carolsfeld: Ruth in Boaz's Field, 1828 This article contains special characters. Without proper rendering support, you may see question marks, boxes, or other symbols. Boaz (/ˈboʊæz/; Hebrew: בֹּעַז Bōʿaz; Hebrew pronunciation: [ˈboʕaz]) is a biblical figure appearing in the Book of Ruth in the Hebrew Bible and in the genealogies of Jesus in the New Testament and also the name of a pillar in the...
International club football tournament by the Bangladesh Football Federation 2015 Sheikh Kamal International Club CupTournament detailsHost countryBangladeshCityChittagongDates20 (20)–30 October 2015 (2015-10-30)Teams8 (from 5 nations under AFC)Venue(s)M. A. Aziz StadiumFinal positionsChampions Chittagong Abahani (1st title)Runners-up East BengalTournament statisticsMatches played15Goals scored54 (3.6 per match)Top scorer(s) Eleta Kingsley (5 goals)Best player(...