Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndi AzərbaycanınTərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar VilayətininAğdərə rayonunda yerləşirdi, kəndin 5 minə yaxın əhalisi var idi. Əməliyyatdan iki ay əvvəl Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini zəbt etmiş, orada dinc əhaliyə soyqırımı törətmişdir. Əlavə olaraq, erməni qüvvələri həmin aydan Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu.
Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Azərbaycan qoşunları səhər tezdən artilleriya və tank dəstəyi ilə kəndə hücum etmiş, günortaya yaxın Şıxarx kəndi işğaldan azad edilmişdir. Buna baxmayaraq, Ermənistan qüvvələri ertəsi gün kəndi yenidən işğal etmişdir. Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi birdəfəlik işğaldan azad etmişdir. Ermənistan tərəfinin iddialarına görə, "Marquşavan" əməliyyatı əsnasında Azərbaycan qüvvələri 50-yə yaxın mülki şəxsi öldürmüşdür. Ermənistan hakimiyyəti əməliyyatı azərbaycanlıların Xocalı soyqırımının qisası və Marağa qətliamı (erm.Մարաղայի կոտորած) kimi təqdim edir.[1]
Əvvəllər Leninavan, Marağa və Marquşavan adlanan Şıxarx kəndiAzərbaycanınTərtər şəhərindən bir qədər qərbdə, Dağlıq Qarabağ Muxtar VilayətininAğdərə rayonunda yerləşirdi,[2] rayonun ən böyük kəndlərindən biri idi.[3] 1989-cu ildə keçirilən əhali siyahıyaalınmasına əsasən əhalisi əsasən ermənilərdən təşkil olunmuş kənddə 4,660 nəfər yaşayırdı. Kəndin əhalisi arasında Azərbaycanın başqa rayonlarından qaçmış bir neçə erməni ailəsi də var idi.[4]
Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin fevralından Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Şəhəri Tərtər ərazi özünümüdafiə batalyonu, "Milli Qurtuluş" batalyonu, Tərtər Rayon Polis İdarəsinin bölmələri müdafiə edirdi. Tərtərin müdafiəsinə gələn Bərdənin 200 nəfərlik "Azadlıq" batalyonunun komandanlığı Şıxarx kəndini işğaldan azad etmək, bacardıqca çox əsir tutaraq onları Xocalıda əsir götürülmüş azərbaycanlılarla dəyişməyi təklif etmişdir. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadov vəziyyət ilə bağlı məlumatlandırılmış və əməliyyatın icrasını təsdiqləməmişdir. Buna baxmayaraq, Tərtər ərazi özünümüdafiə batalyonu, "Milli Qurtuluş" batalyonu və "Azadlıq" dəstəsi əməliyyatı həyata keçirmişdir.[6]
Əməliyyat
Əməliyyata 10 aprel 1992-ci ildə başlanmışdır. Səhər tezdən artilleriya atəşi başlamış,[7] ardınca 400 nəfəri keçməyən, yüngül atıcı silahlardan və bir neçə əl qumbaraatanın ilə silanlamış Azərbaycan qüvvələri tank, PDM və BTR ilə Tərtərdən hücuma keçmişdir. Əməliyyata Gəncə batalyonunun komandiri Mehman Ələkbərov, "Azadlıq" batalyonunun komandiri Ələmşah Məmmədov və "Milli Qurtuluş" batalyonunun komandiri Şahin Tağıyev rəhbərlik edirdi.[1] Azərbaycan tərəfinə görə, döyüş ərazisində Ermənistan Silahlı Qüvvələrindən üç yerli dəstə, ümumi 1,500 nəfərlik canlı qüvvə yerləşdirilmişdir. Onlarda 3 ədəd T-72A tankı, 16 ədəd PDM və başqa texnikalar var idi.[6]
"Milli Qurtuluş", "Azadlıq" və Tərtər batalyonları pərakəndə hərəkət edərək Şıxarx kəndinin içinə irəliləmişdi. "Milli Qurtuluş" batalyonunun qüvvələri kəndə ətrafdakı üzümlüklərin arası ilə hücum edirdi. Çox keçməmiş, "Azadlıq" dəstəsinin bir hissəsi kəndin şərq kvartallarında mühasirəyə düşmüş və Tərtər şəhərindəki hərbi bölmələrdən dəstək istəmişdir. Rövşən Cavadov Tərtərdəki qoşunların Şıxarxa əlavə qüvvə göndərmək ilə bağlı əmr vermişdir. Döyüşdən xəbər tutan Bərdə ərazi özünümüdafiə batalyonunun qüvvələri də əməliyyata qoşulmuş, Azərbaycan qoşunlarına artilleriya dəstəyi vermişdir.[6] Günortaya yaxın Azərbaycan Silahlı Qüvvələri tank və piyadalarla kəndi işğaldan azad etmişdir.[4] Kəndin saxlanılmağı planlaşdırılmadığından Azərbaycan qüvvələri kəndi axşam saatlarında tərk etmiş[1] və ertəsi gün kənd ermənilər tərəfindən yenidən işğal etmişdir.[7] Bir həftə sonra Azərbaycan qüvvələri yenidən kəndə hücum etmişdir və oranı birdəfəlik işğaldan azad etmişdir.[8] Kənd 1994-cü ildə Azərbaycan ordusunun nəzarətində Tərtər rayonunun tərkibinə verilmiş bir neçə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti kəndindən biri idi.[9]
10–11 apreldəki döyüş nəticəsində Azərbaycan tərəfindən 20-yə yaxın hərbçi yaralanmış, 23 nəfər isə şəhid olmuşdur.[6] Döyüşlərdə şəhid olan Şahlar HüseynovMilli Qəhrəman adı almışdır.[1] Bundan əlavə, 6 nəfər azərbaycanlı mülki şəxs həlak olmuşdur.[10] Həmçinin, Azərbaycan tərəfinin iddiasına görə, Ermənistan tərəfindən 100 nəfərə yaxın canlı qüvvə həlak olmuş, onların bir neçə hərbi texnikası sıradan çıxarılmışdır.[11] Ermənistan tərəfi Azərbaycan qüvvələrinin 10 apreldə 43 mülki şəxsi öldürdüyünü, daha 100 mülki şəxsi isə əsir götürdüyünü,[7] o cümlədən talan edilərək yandırıldığını iddia etmişdir.[8] Ermənistan hakimiyyəti "Marquşavan" əməliyyatını Xocalı soyqırımına azərbaycanlıların cavabı kimi təqdim edirlər.[12]
de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN0814760325.