BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur.
Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır.[1][2] Bununla əlaqədar Azərbaycan prezidenti İlham ƏliyevBMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır.[1]
1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir.
28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.[3]
Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın, eləcə də ATƏM-in Minsk qrupunun sədrinin BMT Təhlükəsizlik Şurasına 1 oktyabr tarixli müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və oktyabrın 14-də 874 saylı qətnamə qəbul edir. Azərbaycanın müraciətində Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" ilə Azərbaycanın razı olmadığı öz əksini tapmışdı. Qətnamədə isə bunun əksinə olaraq, cədvəl təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi.
Qətnamənin mətni
Qətnamə 13 bənddən ibarətdir. I bənddə maraqlı tərəflər Rusiya Federasiyası hökumətinin vasitəsilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırılır. II–VI bəndlərdə ATƏM çərçivəsində sülh prosesinin həyata keçirilməsi və Minsk qrupunun yorulmaz səyləri tam dəstəklənir, "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yenilənmiş cədvəli" alqışlanır və tərəflər bu cədvəli qəbul etməyə çağırılır. Sözügedən bəndlərdə həmçinin yaxınlarda işğal edilmiş ərazilərdən silahlı qüvvələrin çıxarılması, rabitə və nəqliyyatın bərpa olunması ilə bağlı məsələlər qeyd olunur.
VII bənddə Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək, konfrans açıldıqdan sonra danışıqların keçirilməsi üçün yardım etmək xahiş edilir. VIII bənddə ATƏM-in müşahidəçilik üzrə missiya yaratması dəstəklənir. IX bənddə bütün tərəflər beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırılır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlar təkrar edilir. X bənddə isə region dövlətlərinə təkidlə çağırış edilir ki, münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən və müdaxilədən çəkinsinlər.
XI-XII bəndlərdə Baş katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərmələri, qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etmələri xahiş olunur. Baş katibdən, ATƏM-in fəaliyyətdə olan sədrindən və ATƏM-in Minsk qrupunun sədrindən Minsk prosesinin gedişi, xüsusilə şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və şuraya məruzələrin təqdim olunmasının davam etdirilməsi xahiş edilir. XIII bənddə məsələ ilə fəal məşğul olmaq qərara alınır.
Əhəmiyyəti
Qətnamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edir. Burada beynəlxalq hüququn bir sıra prinsipləri qeyd olunur. Belə ki, Azərbaycanın suverenlik hüquqlarını və ərazi bütövlüyünü təhdid edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemin sülh yolu ilə həllinə çağırışdan başqa, Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilir; həmçinin, sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı, ərazi əldə etmək məqsədilə "güc tətbiqinin yolverilməzliyi" prinsipi də bir daha xatırladılır.[4] Belə ki, istənilən hərbi işğal müvəqqəti hesab olunur və işğal olunmuş ərazi üzərində suverenliyin verilməsinə səbəb ola bilməz.[5] Bu da onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağda hər hansı dövlət yaradıla bilməz.[6]
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr problemin həlli üçün açar kimi istifadə oluna biləcək qətnamələr idi.[3] Digər üç qətnamədə olduğu kimi, bu sənəddə də Azərbaycan torpaqlarının işğalına dərhal son verilməli olduğu qərara alınıb və Dağlıq Qarabağ münaqişəsinin "regionda sülh və təhlükəsizliyə" təhlükə yaratdığı faktı Təhlükəsizlik Şurası tərəfindən etiraf edilib.[7]
Sənəddə Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olduğu təsdiq edilir. Qətnamə isə münaqişənin təkcə Dağlıq Qarabağda deyil, həm də onun ətrafında da davam etdiyini diqqətə çatdırır.
Vəziyyətin ciddiliyi nəhayət Təhlükəsizlik Şurasını vadar edir ki, bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə ilk dəfə olaraq rəsmi İrəvanın da münaqişədə iştirakçı olduğunu təsdiq etsin.[8] Belə ki, məhz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olmasının vurğulanması Ermənistanın işğal prosesində iştirak etdiyini sübut edir.[3]
Sənəddə zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərilməsi və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik edilməsi kimi məsələlər də qeyd olunub. Həmçinin, tərəflər beynəlxalq humanitar hüququ pozmamağa çağırılır.
Tənqidi yanaşmalar
874 saylı qətnamənin də digər əlaqəli qətnamələr kimi zəif cəhətləri qismində bu sənədin çağırış xarakterli olması, mövcud vəziyyəti pisləməklə kifayətlənməsi göstərilir.
Abxaziya ilə əlaqədar BMT səviyyəsində qəbul edilmiş qətnamələrdə Abxaziyanın demoqrafik tərkibini dəyişdirmək cəhdləri, o cümlədən ərazini əvvəllər burada yaşamayan insanlarla məskunlaşdırmaq cəhdləri də pislənsə də, oxşar mövqe Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamələrdə qeyd olunmamış,[6] sadəcə məcburi köçkün faktı təsdiq edilmişdi.
Qətnamədə Azərbaycanın ərazilərinin işğal edilməsi qeyd edilsə də, yalnız erməni tərəfinin hərəkətlərinin pislənməsi ilə bağlı müddəaya rast gəlinmir: Təhlükəsizlik Şurası bu hissədə "maraqlı tərəflər" kimi məchul növdə ifadələrdən istifadə etməklə vəziyyətdən narahat olduğunu çatdırır. Bu da çox güman ki, Təhlükəsizlik Şurasında siyasi konsensusun (ing.consensus) olmamasından irəli gəlir. Halbuki, Abxaziya məsələsində eyni şura yalnız abxaz tərəfini hərəkətlərinə görə aşkar surətdə tənqid edir.[6] Buna görədir ki, 874 saylı qətnamədə yenə məchul növdə ifadə edilmiş "işğal edilmiş ərazilərdən qoşunların çıxarılması" qeydində məhz hansı qoşunların kim tərəfindən çıxarılmalı olduğu aydın əks olunmur. Hətta bununla bağlı aşkar surətdə məhz Ermənistan dövlətinə adi bir çağırış da edilmir. Bunun əksinə olaraq, xorvatlarlaboşnaklar arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar sözügedən qətnamədən bir il əvvəl — 1992-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 752 saylı qətnaməsində münaqişədə işğalçı qüvvələri dəstəkləyən və bu mənada Ermənistanı xatırladan Xorvatiyanın üzərinə belə tələblər qoyulmuşdur.[6][9]
Sənəddə digər qətnamələrdə olduğu kimi işğalçı tərəfin kimliyi qeyri-müəyyən olaraq qalır və yalnız "işğalçı qüvvələr" ifadəsindən istifadə olunur. Təhlükəsizlik Şurası 874 saylı qətnamədə də region dövlətlərini sülh və təhlükəsizliyi pozan düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırmaqla kifayətlənir. Beləliklə, işğal prosesində həlledici rolu olan Ermənistan və Rusiyaya üstüörtülü çağırış edilir.[10]
Qətnamədə Azərbaycanın daha əvvəl işğal edilmiş ərazilərinin adları çəkilmir, əvəzində "bu yaxınlarda işğal edilmiş ərazilər" ifadəsindən istifadə olunur. Bəzi müəlliflərə görə, işğal olunmuş ərazilərdən hərbi qüvvələrinin çıxarılmasının dəqiq tarixinin qeyd olunmaması sənədin digər zəif cəhəti hesab edilir. Həmçinin işğal edilmiş ərazilərdən işğalçı qüvvələr çıxarılmadığı təqdirdə onların hansı cəza tədbirlərinə və ya sanksiyalara məruz qalacağı göstərilmir. Eləcə də, sənədin məzmunundan tam olaraq aydın deyil ki, Təhlükəsizlik Şurasının daimi üzvləri ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini dərhal tərk etmələrinin, yoxsa münaqişənin atəşkəs və danışıqlar yolu ilə həllinin daha çox tərəfdarıdırlar.[3]
Sənəddə əks olunmuş "ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etmək" ilə bağlı qeyd sanki BMT-nin münaqişənin həllini Rusiyanın öhdəsinə qoyması kimi başa düşülür.[3]
Qətnamə Azərbaycan ərazilərinin işğalını təsdiq etsə də, münaqişənin həll edilməsi istiqamətində BMT tərəfindən əməli addımlar atılmamışdır. Azərbaycanın dəfələrlə etdiyi müraciətləri və Ermənistanın regionda sülhü ciddi şəkildə təhdid etdiyinə dair kifayət qədər sübutları nəzərə almayan Təhlükəsizlik Şurası heç bir məcburiyyət tədbiri görməyə ehtiyac duymamışdır.[11] Nəticədə, tərəflər arasında İkinci Qarabağ müharibəsinin baş verməsi qaçınılmaz olmuş və bunun ardınca 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulmuş, sülh sazişinin imzalanması ilə bağlı tərəflər arasında görüşlər keçirilmişdir. Bununla da üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmişdir.[12]
Qətnaməyə zidd davranışlar
Qətnamənin qəbul edilməsindən bir neçə gün sonra, oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Həsən Həsənov Minsk qrupunun sədrinə məktub göndərərək ölkələri Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin pozulmasının qarşısının alınması, BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin yerinə yetirilməsi üçün daha səmərəli səylər göstərməyə çağırdı.[13] Yaranmış vəziyyəti öyrənmək üçün ATƏM sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqlas[ing.] oktyabr ayının sonlarında regiona səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüşərək atəşin dayandırılması və münaqişənin həlli yolları barədə müzakirələr apardı. Görüş başa çatdıqdan sonra keçirilən birgə mətbuat konfransında Heydər Əliyev ATƏM-in fəal köməyinə ümid etdiklərini bildirdi:
İndi respublikamızda böhranlı vəziyyət yaranmışdır. Mən bilmirəm, bu, sadəcə təsadüfdür, yoxsa sizin gəlişinizlə əlaqədar xüsusi olaraq yaradılmış şəraitdir, lakin hər bir halda, bizdən ötrü nə qədər böhranlı və faciəli olursa-olsun, indiki vəziyyət – real faktdır. Sizin Azərbaycan üçün məhz belə ağır dövrdə buraya səfərinizi respublikamızın bütün vətəndaşları diqqətlə izləyirlər. Buna görə də biz çox istəyirik ki, sizin buraya səfəriniz ATƏM-lə bağlı olduğumuz problemlərin həllində konkret əməli nəticələrlə başa çatsın...
Zəngilan rayonu mühasirədədir. Dünən çox çətinliklə nail olduq ki, bu rayon işğal edilməsin. Ermənistan işğalçı qoşunları artıq İranla sərhədə çıxmış, Azərbaycan–İran sərhədinin əksər hissəsinə nəzarət edirlər. Əslində münaqişə beynəlmiləlləşdirilmişdir. Bayaq dedim ki, on minlərlə adamımız İran ərazisindədir.
Növbəti gün Marqareta af Uqlas İrəvanda səfərdə oldu. Çağırışlara məhəl qoymayan Ermənistan silahlı qüvvələri isə Marqareta af Uqlasın səfəri zamanı oktyabrın 29-da Zəngilan rayonunu işğal etdi.
Sonrakı illərdə qətnamələrə zidd olaraq Dağlıq Qarabağda formalaşdırılan qondarma rejimBMT-nin üzvü olan heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən tanınmadı. 2015-ci ildə Çıraqov və başqaları Ermənistana qarşı işi üzrə AİHM belə qənaətə gəlmişdir ki, Ermənistan işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda "effektiv nəzarətə" malikdir.[15] Rejimin Ermənistanla çox sıx əlaqələrinin olması bölgənin de-fakto Ermənistana ilhaq edildiyini göstərir. Bu səbəbdən bəzi müəlliflər qondarma rejimi "de-fakto rejim"dən çox "peyk oyuncaq dövlət" və ya sadəcə Ermənistana ilhaq edilmiş ərazi kimi səciyyələndirmişlər.[16] Ermənistan isə münaqişə dövründə Dağlıq Qarabağa inzibati, iqtisadi və hərbi yardım göstərməklə başqa dövlətin ərazilərinin qanunsuz işğalı nəticəsində yaranmış vəziyyətin saxlanmasına dəstək vermiş, bununla beynəlxalq hüquqi öhdəliklərini pozmuşdur.[17]
↑"Doc. S/2016/711 — Letter dated 15 August 2016 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General" (ingilis). 2016. (#cite_web_url); (#accessdate_missing_url)
Sepak takraw has been included in the Asian Games since the 1990 Asian Games in Beijing, China. Editions Games Year Host city Best nation XI 1990 Beijing, China Malaysia XII 1994 Hiroshima, Japan Malaysia XIII 1998 Bangkok, Thailand Thailand XIV 2002 Busan, South Korea Thailand XV 2006 Doha, Qatar Thailand XVI 2010 Guangzhou, China Thailand XVII 2014 Incheon, South Korea Thailand XVIII 2018 Jakarta–Palembang, Indonesia Thailand XIX 2022 Hangzh...
Закон о торговле с врагом Вид акт Конгресса США[d] Государство США Первая публикация 6 октября 1917 Закон о торговле с врагом[1] (англ. Trading with the Enemy Act of 1917, TWEA) — американский законодательный акт, принятый Конгрессом США во время Первой мировой войны — в 1917 году;...
317 Роксана ВідкриттяВідкривач Огюст ШарлуаМісце відкриття Обсерваторія НіцциДата відкриття 11 вересня 1891ПозначенняПозначення 317 RoxaneНазвана на честь РоксанаКатегорія малої планети Астероїд головного поясуОрбітальні характеристики[1] Епоха 23 травня 2014 (2 456 800,5 JD)Ве
ديونيسيوس الأول حاكم سرقوسة (بالإغريقية: Διονύσιος) معلومات شخصية الميلاد -430سرقوسة تاريخ الوفاة -366 الحياة العملية المهنة سياسي اللغات الإغريقية الخدمة العسكرية الرتبة إستراتيجوس المعارك والحروب الحروب الإغريقية القرطاجية تعديل مصدري - تعديل دي...
1939 film by Sidney Lanfield Swanee RiverDirected bySidney LanfieldWritten byJohn Taintor FootePhilip DunneProduced byDarryl F. ZanuckStarringDon AmecheAndrea LeedsAl JolsonFelix BressartCinematographyBert GlennonEdited byLouis R. LoefflerMusic byLouis SilversProductioncompany20th Century FoxDistributed by20th Century FoxRelease date December 30, 1939 (1939-12-30) (US)[1] Running time84 minutesLanguageEnglish Swanee River is a 1939 American film directed by Sidney L...
الهيدان - منطقة سكنية - تقسيم إداري البلد الأردن المحافظة محافظة مادبا لواء لواء ذيبان قضاء قضاء مليح السكان التعداد السكاني 63 نسمة (إحصاء 2015) • الذكور 40 • الإناث 23 • عدد الأسر 12 معلومات أخرى التوقيت ت ع م+02:00 تعديل مصدري - تعديل الهيدان منطقة
Міжнародний аеропорт імені Ніноя Акіно Вид з повітря ІАТА: MNL • ICAO: RPLLЗагальні дані 14°30′30″ пн. ш. 121°01′09″ сх. д. / 14.50861100002777881° пн. ш. 121.019444000027775132° сх. д. / 14.50861100002777881; 121.019444000027775132Координати: 14°30′30″ пн. ш. 121°01′09″ сх. д....
Vườn quốc gia hồ MalawiIUCN loại II (Vườn quốc gia)Trẻ em chơi bên bờ hồ MalawiVị tríTrung tâm và Khu vực miền Nam, MalawiDiện tích94 km²Thành lập24 tháng 11 năm 1980 Di sản thế giới UNESCOLoạiThiên nhiênTiêu chuẩnvii, ix, xĐề cử1984 (kỳ họp thứ 8)Số tham khảo289Quốc gia MalawiVùngchâu Phi Vườn quốc gia hồ Malawi là một vườn quốc gia nằm ở cuối phía nam của hồ Malawi, thuộc lãnh thổ Mal...
American rodeo announcer and politician Clem McSpaddenMember of the U.S. House of Representativesfrom Oklahoma's 2nd districtIn officeJanuary 3, 1973 – January 3, 1975Preceded byEd EdmondsonSucceeded byTheodore M. RisenhooverMember of the Oklahoma Senate from the 2nd districtIn office1963–1972Preceded byArthur G. McComasSucceeded byRobert WadleyMember of the Oklahoma Senate from the 33rd districtIn office1954–1963Preceded byJohn W. Russell Jr.Succeeded byEd Bradley ...
تاكاديرت تقسيم إداري البلد المغرب الجهة سوس ماسة الإقليم تيزنيت الدائرة أنزي الجماعة القروية اثنين أداي المشيخة أداي السكان التعداد السكاني 77 نسمة (إحصاء 2004) • عدد الأسر 16 معلومات أخرى التوقيت ت ع م±00:00 (توقيت قياسي)[1]، وت ع م+01:00 (توقيت صيفي)[1] تعديل مص...
Archicofradía de Medinaceli Altar extraordinario del 275 Aniversario de la Esclavitud del Santísimo Sacramento y Archicofradía de Benditas Ánimas, año 2008LocalizaciónPaís EspañaLocalidad San Fernando (Cádiz)Sede canónica Iglesia Mayor de San Pedro y San Pablo y de los DesgraviosCoordenadas 36°27′57″N 6°11′46″O / 36.465944490521, -6.1960893648654Datos generalesFundación 1733Titulares Santísimo Sacramento Ánimas Benditas Inmaculada Concepción ...
Sistem koordinat ekuatorSistem koordinat ekuator barangkali adalah sistem koordinat langit yang paling sering digunakan. Sistem koordinat ini merupakan sistem koordinat yang bersifat geosentrik. Mirip dengan sistem koordinat geografi yang dinyatakan dalam bujur dan lintang, sistem koordinat ekuator dinyatakan dalam asensio rekta dan deklinasi. Kedua sistem koordinat tersebut menggunakan bidang fundamental yang sama, dan kutub-kutub yang sama. Ekuator langit sebenarnya adalah perpotongan perpa...
Hopper barge going through La Crosse County harbor Split hopper dredge Currituck at Virginia Beach. A hopper barge is a type of barge commonly designed to transport commodities like coal, steel, rocks, sand, soil and waste.[1] 'Hopper barge' can also refer to a barge that dumps cargo at sea. These are now commonly called 'split hopper barge', because they split along the length of the hull. Split hopper barges can be non-propelled or self-propelled .[2][3][4] H...
Oldest living elephant Konni Somankonni KonniSomanSpeciesElephas maximus (Asian Elephant)SexMaleBornc. 1942 (age 81)Konni, KeralaNation fromIndiaKnown forOldest living elephantOwnerKerala Forest Department Konni Soman (c. 1942) is claimed to the oldest living elephant in the world, owned by the Kerala Forest Department, but the claim of birth year has not been confirmed, why his submission into Guinnes Book of Records was refused.[1] The forest department of Kerala procured...
Pour un article plus général, voir Cyclisme aux Jeux olympiques d'été de 2020. Cyclisme sur route aux Jeux olympiques d'été de 2020 Généralités Sport Cyclisme Édition 29e Lieu(x) Tokyo Épreuves 4 Site(s) Musashinonomori Park et Fuji Speedway Navigation Rio de Janeiro 2016 Paris 2024 modifier Les épreuves de cyclisme sur route des Jeux olympiques d'été de 2020 se déroulent entre le 24 et le 28 juillet 2020 à Tokyo et ses environs. Calendrier S Séries/Tours préliminaires ...
Ingvar Eggert Sigurðsson Información personalNacimiento 22 de noviembre de 1963 (60 años)Reykjavík, Islandia IslandiaNacionalidad IslandesaCaracterísticas físicasAltura 1,86 m Información profesionalOcupación Director de cine, actor de teatro, actor de cine, actor de televisión, actor y productor de cine Área Actuación y producción cinematográfica Años activo desde 1998Distinciones Edda Award for Best Leading Actor or Actress (1999, 2000, 2007 y 2014)Premio Jameso...
SiliceStruttura cristallina Struttura di Lewis del composto considerando la singola molecola in fase gas. Nome IUPACdiossido di silicio Caratteristiche generaliFormula bruta o molecolareSiO2 Peso formula (u)60,08 Aspettosolido cristallino bianco Numero CAS14464-46-1 Numero EINECS231-545-4 PubChem24261 DrugBankDB11132 SMILESO=[Si]=O Proprietà chimico-fisicheDensità (g/cm3, in c.s.)2,2 Solubilità in acqua0,15 g/l a 298 K Temperatura di fusione1726 °C (1999 K) Proprietà termochimiche...