Neyroendokrin (endokrin) sistemi bədənin demək olar ki, bütün orqan və sistemlərinin fəaliyyətini əlaqələndirir və tənzimləyir. Fərdin normal işləməsini təmin etmək üçün lazım olan daxili mühitin sabitliyini qoruyur, həmçinin xarici və daxili mühitin daim dəyişən şərtlərinə uyğunlaşmasını təmin edir. Endokrin sistemini endokrinolgiya elmi öyrənir. Bu elmlə məşğul olan şəxs isə endokrinoloq adlanır.
Sekresiya vəzilərinin buraxdığı bioloji fəal maddələrə hormonlar (lat.hormao – "oyadıram") deyilir. Hormonlar qanlaorqanizmin hər yerinə aparılaraq bir çox orqanlar sisteminin funksiyalarına və bütün orqanizmin həyat fəaliyyətinə təsir edir. Hormonlar maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir. Bəzi hormonlar hər hansı orqanlar sisteminin funksiyalarına daha çox təsir edir. Bu cür orqanlara hədəf orqanlar deyilir. Hədəf orqanların hüceyrə membranı həmin hormonlara çox həssas olur. Məsələn, cinsiyyət hormonları çoxalma orqanları sisteminin böyüməsini və inkişafını sürətləndirir.
Vəzilərin hamısının işi bir-birilə sıx əlaqədardır. Hər hansı bir vəzinin çox və ya az hormon buraxması başqa vəzinin funksiyasını gücləndirir və yaxud zəiflədir. İndiyə qədər insanda 50-dən çox hormon müəyyən edilmişdir.
Hormonların təsnifatı
Ümumilikdə, hormonlar iki cür təsnif oluna bilər:[1]
hüceyrədəki fizioloji proseslərə təsirinə görə;
funksional olaraq.
Hüceyrələrdə davam edən fizioloji proseslərə təsirinə görə hormonlar aşağıdakı qruplara bölünür:
metabolik — maddələr mübadiləsinə təsir edən;
morfogenetik — formalaşma, böyümə, inkişafa təsir edən;
kinetik — icraedici orqanların fəaliyyətinə təsir edən;
korreksiyaedici — orqan və toxumaların funksiya intensivliyini dəyişdirən.
Funksional olaraq hormonları aşağıdakı qruplara bölürlər:
effektor — hədəf obyektinə birbaşa təsir edən;
trop — effektor hormonların sintezini və ifrazını tənzim edən (məsələn, tiroid stimullaşdırıcı hormon);
liberinlər və statinlər — müvafiq olaraq rilizinq hormonlar və tormozlayıcı hormonlar. Bu qrup hormonlar hipotalamusun sinir hüceyrələri tərəfindən sintez olunur.
Endokrin sistemində nevroloji idarə mərkəzləri
Endokrin sistemində 2 əsas idarə orqanı var. Bunlar ara beynin 2 hissəsidir:
Bütün onurğalılarda humoral sistemin ən əsas idarə mərkəzi hipotalamusdur. 30-dan çox funksiya yerinə yetirir. Onun funksiyalarına qoxu və görmə istisna olmaqla, bütün hissi orqanların tənzimlənməsi və s. aiddir.
Qanda hər hansı bir maddənin azlığı və ya çoxluğu hipotalamusda olan nüvələrin sinir uclarının oyanmasına səbəb olur. Hipotalamus isə digər daxili sekresiya vəzilərinə sinir impulsları və rilizinq (liberinlər), yaxud tormozlayıcı (statinlər) hormonlarla həmin vəzilərin orqanizmin tələbinə uyğun hormonlar hazırlamasına, ya da hormon sintezinin ləngiməsinə səbəb olur.[1]
Vəzilər
Vəzi sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Vəzilərdə sintez olunan sekret orqanizmdə baş verən müxtəlif proseslərdə: həzm prosesində, orqanizmin böyümə və inkişafında, orqanlar arasında qarşılıqlı əlaqənin yaranmasında, ayrı-ayrı orqanların fəaliyyətinin tənzimlənməsində və s. proseslərdə mühüm əhəmiyyət kəsb edir.
Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Bəzi vəzi hüceyrələri orqanların tərkibinə daxildir (məsələn, kiçik ağız suyu vəziləri, böyrək vəziləri, mədə vəziləri və s.), bəziləri isə xüsusi orqanlar vəzilər formalaşdırır (məsələn, böyük ağız suyu vəziləri, böyrəküstü vəzilər, çəngələbənzər vəz və s.). Onlar xüsusi maddələr ifraz edir. Endokrin sistemi daxili sekresiya vəziləri, xarici sekresiya vəziləri, qarışıq sekresiya vəzilərindən meydana gəlmişdir. Sekresiya vəziləri içərisində insanda ən əsas funksiyanı daşıyan vəzilər qalxanabənzər vəzi və böyrəküstü vəzidir.
Daxili sekresiya vəziləri və ya endokrin vəzilər bədənin xaricinə axacaqları olmayan vəzilərdir. Bu vəzilər hazırladıqları məhsulları bilavasitə qana, yaxud limfaya ifraz edir. Endokrin vəzilər yalnız sekretor şöbədən təşkil olunmuşdur və çoxlu qan damarı ilə təchiz olunub. Onların ifrazat məhsulları hormonlardır. Daxili sekresiya vəzilərində olan kapillyar damarlar genişlənməsi vəzin məhsulunun qana keçməsiniə daha yaxşı imkan yaradır.
Tək orqandır. Kəllə boşluğunda, ara beynin görməqabarüstü nahiyəsində, orta beyin qapağının yuxarı təpəcikləri arasında yerləşir. Uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4–6 mm, kütləsi orta hesabla 0,2 qrama bərabər vəzidir. Əzgiləbənzər cisim xaricdən birləşdirici toxumadan təşkil olunmuş kapsul ilə örtülmüşdür. Kapsuldan çıxan atmalar vəzin parenximasını paycıqlara bölür. Paycıqların daxilindəki parenxima iki növ hüceyrədən təşkil ounmuşdur:
Melatonin adlanan hormon hazırlayır. Bu hormon cinsi yetişkənlik dövrünə qədər hipofizin və qalxanabənzər vəzin fəaliyyətini ləngidir, vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Epifizin məhsulu hipofizin follitropin, lyutropin, adrenokortikotrop hormonlarının sekresiyanı dayandırmaqla yanaşı, həm də karbohidratların parçalanmasını gücləndirməklə enerji mübadiləsini artırır, maddələr mübadiləsini, o cümlədən, kalium və piqment mübadiləsini tənzimləyir. Bioloji saat rolunu oynayır. Yəni, bu orqanın sayəsində günün saatları və yuxu rejimi tənzimlənir. Lakin Böyük Britaniyada bəzi əsgərlərin gözlərinin retinasına (torlu qişasına) yerləşdirilmiş güzgücüklər sayəsində həmin şəxslər 36 saat oyaq qalmışdılar. İşıqda melatonin sintezi zəifləyir, qaranlıqda isə proses bərpa olur. İşıq, bundan əlavə, epifizvəzininorqanizminxəstəliklərə qarşı müqavimətini (immun rolunu) azaldır. Buna görə də kor insanlarda bu vəzi daha yaxşı fəaliyyət göstərir.
Tək saydadır. Ara beynin alt artımı olub kəllə boşluğunda, orta kəllə çuxurunda, əsas sümüyünün cisminin üzərindəki türk yəhərinin hipofizə məxsus çuxurunda yerləşən lobya boyda vəzidir.[2] Köndələn ölçüsü 12–15 mm, sagittal (öndən arxaya) ölçüsü 5–11 mm, şaquli ölçüsü 6–7 mm, kütləsi isə 0,35–0,65 qram olur. Qadınlarda kişilərə nisbətən ağırdır və hamilə qadınlarda kütləsi 1–1,2 qrama çatır.
Hipofiz 3 paydan ibarətdir:
ön pay
orta pay
arxa pay.
Ön pay orta payla birlikdə adenohipofiz adlanır və vəzinin ümumi kütləsinin 80%-ni əhatə edir. Ön hipofizdə müxtəlif hormonlar istehsal edən 5 fərqli hüceyrə qrupu vardır. Ön hipofizin hormonları aşağıdakılardır:
somatotrop hormon və ya somatotropin (boyatma hormonu)
adrenokortikotrop hormon və ya kortikotropin (AKTH)
tireotrop hormon və ya tireotropin
follikultənzimedici hormon və ya follitropin
lüteinləşdirici hormon və ya lyutropin
laktogen hormon və ya laktotropin (prolaktin)
qonadotrop hormon və ya qonadotropin.
Orta pay nazik epitel qatından təşkil olunmuş və arxa paydan nazik kövşək birləşdirici toxuma qatı ilə ayrılmışdır. İki hormon hazırladığı məlumdur:
melanosititropin
lipotropin
Hipofizin arxa payı pituisit adlanan çoxlu neyroqliya hüceyrələrindən, hipotalamusun supraoptik və paraventrikulyar neyrosekretor nüvələrinin sinir liflərindən, neyrosekretor cisimciklərindən təşkil olunduğu üçün neyrohipofiz də adlandırılır. Bu payda hormonistehsal olunmur, lakin hipotalamusun nüvələrindəki neyrosekretor hüceyrələrdə əmələ gəlmiş vazopressin və oksitosin hormonları hipofizin arxa payından qana ifraz olunur. Bu hormonlar hipotalamo-hipofizar sistemin sinir lifləri (aksonları) boyunca hipofizin arxa payına doğru hərəkət edir və Xerrinq cisimciklərində, yaxud toplayıcı cisimciklərdə toplanır. Yəni, arxa pay bu hormonlar üçün həm də anbar rolu oynayır.
Hipofizin hormonları
Hipofizin payı
Payın ifraz etdiyi hormon
Hormonun digər adları
Hormonun funksiyası
Ön pay
somatotropin
somatotrop hormon, boyatma hormonu
Hüceyrələrin bölünməsi və zülalların biosintezini sürətləndirdiyi üçün orqanizmin böyüməsi və boy artımını tənzimləyir. Bundan əlavə, karbohidrat mübadiləsinə təsir edir, fosfataza fermentinin miqdarını artırır.
kortikotropin
adrenokortikotrop hormon (AKTh)
Böyrəküstü vəzilərin qabıq maddəsinin fəaliyyətinin sürətləndirilməsində iştirak edir. Bu əlaqəyə görə hipofizin çıxarılması böyrəküstü vəzilərin qabıq maddəsinin atrofiyası ilə nəticələnir.
Dişi orqanizmin yumurtalıqlarındakı follikullara, erkək fərdlərdə isə toxumluqlarda gedən spermatogenez prosesə təsir edir.
lyutropin
lüteinləşdirici hormon
Dişilərdə ovulyasiya və yumurtalıqlarda sarı cismin əmələ gəlməsi proseslərini sürətləndirir, erkəklərdə isə androgen sintez edən Leydiq hüceyrələrinin işini tənzimləyir.
prolaktin
laktogen hormon, laktotropin
Aktiv sarı cismin fəaliyyətini sürətləndirir. Bundan əlavə, süd vəzilərində südün əmələ gəlməsini (laktasiya prosesi) və valideynlik instinktini tənzimləyir. Süd vəzilərinin hamiləlik dövründə süd ilə dolsa da, bunu ifraz etməməsinə səbəb yumurtalıqların ifraz etdiyi estrogen hormonu və prokesteron hormonunun prolaktinə tormozlayıcı təsir göstərməsidir. Doğuş aktı baş verdikdən sonra bu iki hormonun qandakı səviyyəsi kəskin azalır, nəticədə süd vəzilərinin ifrazatı həyata keçir.
qonadotropin
qonadotrop hormon
Orqanizmin cinsi yetişkənliyini tənzimləyir.
Orta pay
melanosititropin
melanositstimullaşdırıcı hormon
Dəridəki piqment hüceyrələrinə təsir edir. Belə ki, onlarda piqment dənəciklərinin yerdəyişməsini tənzimləyir. Həmçinin melanin piqmentinin əmələ gəlməsinə xidmət edir.
Bu hormonun ifrazı böyrək borucuqlarının epitel hüceyrələrinə gətirilən fermentlərin miqdarının artmasına səbəb olur. Nəticədə, ilk sidiyin tərkibindən suyun geriyə sorulması (reabsorbsiya) artır, gündəlik sidik ifrazatı (diurez) azalır, qan təzyiqi yüksəlir.
Balalıq və digər saya əzələli orqanların yığılmasını, həmçinin laktasiya prosesi zamanı süd vəzilərinin fəaliyyətini artırır. Hamiləliyin erkən dövrlərində uşaqlığa təsir göstərmir. Lakin sonralar yumurtalığın estrogen hormonunun təsiri nəticəsində uşaqlığın oksitosinə qarşı həssaslığı artır və doğuşun əvvəlində bu həssaslıq maksimal həddə çatır Ki, bu da doğuş aktının baş vermısi ilə nəticələnir.
Yenidoğulmuşlarda hipofizin ön payı daha yaxşı nəzərə çarpır, arxa pay isə rüşeym halında olur. Hipofizin kütləsi yenidoğulmuş oğlanlarda 0,125 qrama, qızlarda isə 0,250 qrama çatır. Onun kütləsi 10 yaşlı uşaqda 2 dəfə, 15 yaşlıda 3 dəfə artır. Yenidoğulmuşlarda hipofizin şaquli ölçüsü orta hesabla 4 mm, boylama ölçüsü 7,5 mm, köndələn ölçüsü 8,5 mm olur. Hipofizin arxa payı 10 yaşa qədər çox kiçik olur. 20 yaşda vəzi maksimal inkişaf dərəcəsinə çatır. 40–60 yaş həddində kütləsi və ölçüləri tədricən kiçilir.
Qalxanabənzər ətraf vəziləri insanda 4 ədəddir: bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri. Bu vəzilər qalxanabənzər vəzinin paylarının arxa səthində yerləşir. Qalxanabənzər vəzi ilə əlaqəsi onların qonşu olmalarıdır. Onların işi tamamilə fərqlidir. Onların ifrazatı olduqca vacibdir. Bu vəzilərmərcimək ölçülü və şəkilli olur. Qalxanabənzər ətraf vəzilərikalsium mübadiləsini təmin edir və qanda kalsium və fosforun səviyyəsini sabit saxlayan parathormon hormonunu hazırlayır. Bu hormon qandakı kalsium və onun duzları çatışmadığı zaman sümükdəki duzların qana keçməsini təmin edir.
Endokrin sistemini və onun xəstəliklərini öyrənən elm sahəsi endokrinologiya adlanır. Vəzilər yunancaaden adlandığından, vəzilərin iltihabına adenit deyilir.
Endokrin sistemi xəstəliklərinin tipləri
Endokrin sistemi xəstəlikləri, əsasən, 3 tipə bölünür:
Endokrin vəzinin hiposekresiyası (Vəzliərin hormonları normadan az ifraz etməsi)
Endokrin vəzinin hipersekresiyası (Vəzilərin normadan artıq hormon ifraz etməsi)
Endokrin vəzinin xərçəngi (Vəzilərin xoşxassəli və bədxassəli şişləri)
Daxili sekresiya vəzilərinin xəstəlikləri
Daxili sekresiya vəzilərinin xəstəlikləri
Daxili sekresiya vəzisi
Xəstəlik
Xəstəliyin yaranma səbəbi
Xəstəliyin əlamətləri
Qalxanabənzər vəzi
Miksedema
Böyüklərdə tiroksin hormonunun normadan az ifrazı
Bədənin şişməsi; Gözün, burunun və s. bədənə nisbətən kiçik olması
Bazedov
Tiroksin hormonunun normadan çox ifrazı
Çox yeyilsə də, arıqlama; Ürək döyüntülərinin artması; Qan təzyiqinin artması
Kretinizm
Uşaqlarda tiroksin hormonunun normadan az ifrazı
Cılızlıq; Xarici görünüşün eybəcər hal alması
Qalxanabənzər vəzi xərçəngi
Qalxanabənzər ətraf vəziləri
Hiperparatireoz
Parathormon hormonunun normadan çox ifrazı
Sümük ağrıları; Yorğunluq və halsızlıq
Qalxanabənzər ətraf vəzilərin xərçəngi
Hiperparatireoz
Hipofiz vəzi
Cırtdanboyluluq
Uşaqlarda somatotrop hormonunun normadan az ifrazı
İnsanın boyunun normadan balaca olması
Nəhəngboyluluq
Hipofiz vəzinin şişi nəticəsində uşaqlarda somatotrop hormonunun normadan çox ifraz olunması
İnsanın boyunun normadan böyük olması
Akromeqaliya
Böyüklərdə somatotrop hormonunun normadan çox ifrazı
Böyrəküstü vəzilər
Addison
Adrenalin hormonunun normadan çox ifrazı
Dəridə tunc rəngli ləkələr
Qalxanabənzər vəzi xəstəlikləri
Miksedema
Qalxanabənzər vəzinin fəallığının azalması və ya onun kəsilərək atılması maddələr mübadiləsinin ağır dərəcədə pozulmasına – miksedema adlanan xəstəliyə səbəb olur. Miksedema ilə xəstə adamın toxumalarında gedən oksidləşmə prosesləri zəifləyir, bədənin temperaturu düşür, ürək yığılmalarının ritmi yavaşıyır, bədən tosqunlaşır, sinir sisteminin oyanma qabiliyyəti azalır. Xəstələr heyvanların qalxanabənzər vəzilərindən hazırlanan hormon preparatlarını həkimin təyin etdiyi qaydada hər gün təyin etsələr, xəstəlik halları keçib gedir. Bu cür müalicəni arasıkəsilmədən hər gün aparmaq lazımdır.
Qalxanabənzər fəaliyyəti artdıqda və tiroksin çox ifraz olunduqda mübadilə prosesləri güclənir. Bu vaxt ürək yığılmalarının sayı artır, qan təzyiqi qalxır, sinir sisteminin oyanma qabiliyyəti yüksəlir. Belə adam əsəbi olur və tez yorulur. Bunlar böyüklərdə bazedov xəstəliyinin əlamətləridir. Bazedov xəstəliyi olan adamlar daim aclıq hiss edir və çox yeyirlər. Lakin buna baxmayaraq, çox arıqlayırlar. Belə xəstələrin qalxanabənzər vəzisi böyümüş, gözləri bərəlmişdir. Bazedov xəstəliyinin müalicə etmək üçün hormonların əmələ gəlməsini zəiflədən dərmanlardan istifadə edilir. Bəzən isə qalxanabənzər vəzinin bir hissəsini kəsib atmaq lazım gəlir.
Hiperparatireoz qalxanabənzər ətraf vəzilərinin ən çox rast gəlinən xəstəliklərindəndir. Bu xəstəliyin yaranma səbəbi paratiroid vəzilərin birinin və ya bir neçəsinin nəzarətsiz şəkildə parathormon hormonunu ifraz etməsinin sümüklərə təsiri nəticəsində qanda kalsiumun miqdarı artır. Hiperparatireoz xəstəliyi bir çox xəstəliyin yaranma səbəbidir: osteoparoz, müxtəlif zehni xəstəliklər, xoralar, pankreatit, böyrək daşları və s. kimi bəzi sağlamlıq problemlərinə səbəb olur.[4][5]
Qalxanabənzər ətraf vəzilərin xərçəngi
Ən az rast gəlinən qalxanabənzər ətraf vəzi xəstəliklərindəndir. Hər 1000 nəfər qalxanabənzər ətraf vəzi xəstələsinin sadəcə 1-i bu paratiroid xərçəngindən əziyyət çəkir. Paratiroid xərçəngi xoşxassəli və bədxassəli olmaqla 2 yerə ayrılır. Xəstəlik, əsasən, xoşxassəlidir.[6]
Xəstəlik uşaqlarda yaranır. Nəhəngboyluluğun başlıca səbəbi hipofiz vəzinin şişidir. Nəticədə onun ölçüləri böyüyür və vəzi somatotrophormonunu normadan artıq ifraz edir. Bütün bunlar isə fərdin boyunun normadan daha hündür olmasına gətirib çıxarır.[9]
Ağızda quruluq; Bədən temperaturunun yüksəlməsi; Zəiflik; Qızartı; Atıcı ağrılar; Ağızda dolğunluq hissi
Tər vəziləri
Hiperhidroz
Normadan 30–40 dəfə çox tərləmə
Ağız suyu vəzilərinin xəstəlikləri
Ağız suyu vəzilərinin absesi
Ağız suyu vəzilərinin absesi tüpürcək vəzilərinin irinli iltihabına deyilir. Patologiya, adətən, sialadenit və ya sialolitiazın ağırlaşmasıdır və bakterial etiologiyaya malikdir. Tüpürcək vəzilərinin absesi ağızda quruluq, bədən temperaturunun yüksəlməsi, zəiflik, ödem, qızartı, atıcı ağrılar və zədə nahiyəsində dolqunluq hissi ilə təzahür edir.
Xəstəliyin diaqnostikası obyektiv müayinə, vəzinin sekresiyasının bakterial və sitoloji müayinəsi, USM, sialoqrafiya və s. əsaslanır.
Əsasən, 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili, az hərəkət edən insanlarda və adətən, ailəsində (qohumlarında) şəkər xəstəliyi olanlarda rast gəlinir. Daha çox yayılmış diabet tipidir. Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə müalicə edilir. Ancaq bir müddət sonra mədəaltı vəzinininsulin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur.
Əsas səbəb həddindən artıq alkoqol qəbuludur. Digər səbəblərə isə pankreatik kanalın daralması, pankreatik kanalın daş və ya şişlə tıxanması, bəzi dərmanmaddələri, pis qidalanma, ağciyərlərdə kistik fibroz, qanda müəyyən yağların səviyyələrinin yüksək olmasıdır. Xəstələrin 30%-də isə səbəb məlum deyildir. Xəstəliyə tutulma riski alkoqol qəbul edənlərdə və xüsusilə kişilərdə daha yüksəkdir.
Müalicənin ilkin mərhələsi alkoqol qəbulunun dayandırılmasından ibarətdir. Bundan başqa qidadakı yağların miqdarı azaldılmalı, vitaminlərin miqdarı artırılmalıdır. Pankreas xərçənginin əmələ gəlmə riskini artıra bildiyi üçün siqaret çəkməkdən imtina edilməlidir.[13]
Varikoselə müxtəlif yaş qruplarında rast gəlinməsinə baxmayaraq, 90 %-dən artıq hallarda 15-30 yaş arasında olan gənclərdə aşkarlanır. Müxtəlif peşə sahiblərində aşkarlana bilir, lakin əksər hallarda varikosel ağır fiziki işlə (75 %) və idmanla məşğul olan insanlarda rast gəlinir.[14]
Azərbaycanda 1 növü yayılmışdır − dərman acıqıjısı. Dərman məqsədilə yerüstü hissəsindən istifadə olunur.
Yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir. Tərkibində 0,09%-ə qədər xardal efir yağı, çoxlu miqdarda askorbin turşusu, karotin və s. vardır. Ən qiymətli tərkib hissəsi yoddur. Qurudulmuş otunda 0,4–0,5 mq/%yod vardır.
Sulu bişirmə, duru və quru ekstrakt formada yod tərkibli preparat kimi qalxanabənzər vəzi xəstəliklərində istifadə olunur. Xalq təbabətində təzə dərilmiş otunun şirəsi şəkər xəstəliyində, avitaminozda, qan azlığında qəbul edilir.
Meyvələrinin qabıqlarından hazırlanan fazeolin adlı ekstraktdan diabet xəstəliyində, qandaşəkərin miqdarını azladan və xəstələrin müqavimətini artıran dərman kimi işlədilir. Eyni məqsədlə meyvələrin sulu bişirməsindən də istifadə edilir.
Lobyaqastritlərdə, ürək ritminin pozğunluğunda da məsləhət görülür. Sidikqovucu maddə kimi də istifadəsi vardır. Paxlasından hazırlanmış bişirmə və dəmləmə böyrək xəstəliklərində, revmatizmdə, duzların mübadiləsi pozulduqda müsbət təsir göstərir.
Kahı bədənə soyuqluq və rütubət verir. Mədənin işini yaxşılaşdırır, öd ifrazını yüngülləşdirir. Xalq təbabətində geniş istifadə olunur. Bişmiş halda olan kahı tez həzm olunur və süd yaradır.
Hər il14 noyabr tarixində qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd hal-hazırda dünyada 500 milyondan çox insanın şəkərli diabet xəstəsi olduğuna diqqəti cəlb etmək və xəstəliyin ciddiliyi barədə insanları maarifləndirməkdir.[16]
Hər il1 iyunda qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd insanların diqqətini hipoparatireoz xəstəliyinə cəlb etmək və onları bu barədə maarifləndirməkdən ibarətdir.[18][19]
"Ümumi histologiya" (Ali məktəblər üçün dərslik). Bakı, 2012. Səhifə 66–91.
Frank H.Netter, MD. "Atlas of Human Anatomy" (Türkçe çeviri), 5. Baskı. "Elsever" yayınları; "Nobel" tıp kitabevleri.
V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "İnsan anatomiyası" (3 cilddə, II cild). "Müəllim" Nəşriyyatı, Bakı, 2020.
İstinadlar
↑ 12Məmmədov, A.M.; Baxşıyeva, Z.T.; Həsənova, G.Ə.; Rüstəmova, A.F. XXI Bölmə.
Orqanizmin funksiyalarının hormonal tənzimi // Əliyev, S.C. (redaktor). Normal Fiziologiya (dərslik) (ISO 639-1) (1). Bakı: Azərbaycan Tibb Universiteti. 2023. 400–404. ISBN978995257215.
↑"Atlas of Human Anatomy" (Netter Basic Science) 5th Edition, Frank H.Netter, MD.
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Live Free or Die TV series – news · newspapers · books · scholar · JSTOR (September 2016) (Learn how and when to remove this template message) Live Free or Die on the National Geographic Channel Live Free or Die is an American reality series hosted by The ...
Опис файлу Fairuse rationale This image is a cover of the album Gothica (мініальбом) by Crimson Tears (гурт, Велика Британія). Its inclusion here is claimed as fair use because: It illustrates educational articles about the album from which the cover illustration was taken. The image is used as the primary means of visual identification of the article topic. It is a low resolution image. The image is only a small portion of the commercial product. It is no...
سفارة السويد في لبنان السويد لبنان الإحداثيات 33°54′01″N 35°30′09″E / 33.9004°N 35.5026°E / 33.9004; 35.5026 البلد لبنان المكان بيروت الموقع الالكتروني الموقع الرسمي تعديل مصدري - تعديل سفارة السويد في لبنان هي أرفع تمثيل دبلوماسي[1] لدولة السويد لدى لبنان.[2...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (نوفمبر 2019) غاري بي غيلروي معلومات شخصية الميلاد سنة 1958 (العمر 64–65 سنة) مواطنة الولايات المتحدة الحياة العملية المهنة مختص بالموسيقى تعديل مصدري - تعديل
Honorific prefix Not to be confused with The Honourable or The Most Honourable. This engraving of George Cornewall Lewis includes The Right Honourable in its caption, reflecting the Home Secretary position he held at the time of its creation. The Right Honourable (abbreviation: The Rt Hon. or variations) is an honorific style traditionally applied to certain persons and collective bodies in the United Kingdom, the former British Empire and the Commonwealth of Nations. The term is predominantl...
In this Spanish name, the first or paternal surname is Borbón and the second or maternal family name is Grecia. Duchess of Lugo Infanta ElenaDuchess of LugoThe Duchess of Lugo in 2011Born (1963-12-20) 20 December 1963 (age 59)Our Lady of Loreto Hospital, Madrid, SpainSpouse Jaime de Marichalar, Lord of Tejada (m. 1995; div. 2010)IssueFelipe de Marichalar y BorbónVictoria de Marichalar y BorbónNamesElena María Isabel Dominica...
Elena Contreras Patiño (2021) Elena Contreras Patiño (* 6. April 1988 in Madrid) ist eine spanische Fußballschiedsrichterin. Contreras Patiño leitete ab der Saison 2017/18 Spiele in der Primera División.[1] Sie debütierte am 3. September 2017 im Spiel zwischen dem Zaragoza CFF und dem FC Barcelona (0:9). Am Ende der Saison 2020/2021 stieg sie in die zweite Frauenliga ab. Weblinks Commons: Elena Contreras Patiño – Sammlung von Bildern, Videos und Audiodateien Elena C...
Jennifer Parker redirects here. For the statistician, see Jennifer D. Parker. Franchise logo The Back to the Future film trilogy and subsequent animated series feature characters created by Robert Zemeckis and Bob Gale. The lead character of the series is Marty McFly. During the course of the trilogy, he travels through time using a DeLorean time machine invented by his friend Emmett Brown. He also encounters the central antagonist, Biff Tannen, in several different time periods and visits hi...
Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Januari 2023. Apfelküchle adalah kudapan ringan manis yang berasal dari Jerman. Berasal dari kata apfel yang berarti apel, dan küchle yang berarti fritter.[1] Apfelküchle dapat disajikan dingin maupun hangat. Biasanya menggunakan taburan gula halus dan bu...
Queen consort of Iraq (1911-1950) Aliya bint AliQueen consort of IraqTenure25 January 1934 – 4 April 1939Born19 January 1911Mecca, Ottoman EmpireDied21 December 1950(1950-12-21) (aged 39)Baghdad, IraqBurialRoyal Mausoleum, AdhamiyahSpouseGhazi of IraqIssueFaisal II of IraqNamesAliya bint Ali bin HusseinHouseHashemiteFatherAli of HejazMotherNafisa Khanum Aliya bint Ali of Hejaz (Arabic: علياء بنت علي, noble born; 19 January 1911 – 21 December 1950), was an Arabian princess ...
Sporting event delegationIndia at the1994 Commonwealth GamesCGF codeINDCGAIndian Olympic AssociationWebsiteolympic.ind.inin Victoria, British Columbia, CanadaFlag bearersOpening:Closing:MedalsRanked 6th Gold 6 Silver 11 Bronze 7 Total 24 Commonwealth Games appearances (overview)193419381950195419581962196619701974197819821986199019941998200220062010201420182022 This was the 11th time India participated in the Commonwealth Games.[1] India ranked 6th in the final medal tally.[2...
American martial arts comedy-drama television series Cobra KaiGenre Action Comedy-drama Martial arts Created by Josh Heald Jon Hurwitz Hayden Schlossberg Based onThe Karate Kidby Robert Mark KamenStarring Ralph Macchio William Zabka Courtney Henggeler Xolo Maridueña Tanner Buchanan Mary Mouser Jacob Bertrand Gianni DeCenzo Martin Kove Peyton List Vanessa Rubio Thomas Ian Griffith Dallas Dupree Young Composers Leo Birenberg Zach Robinson Country of originUnited StatesOriginal languageEnglishN...
1988 Detroit Grand Prix Race 6 of 16 in the 1988 Formula One World Championship Race detailsDate June 19, 1988Official name 7th Enichem Detroit Grand PrixLocation Detroit street circuitDetroit, MichiganCourse Temporary street courseCourse length 4.023 km (2.5 miles)Distance 63 laps, 253.449 km (157.5 miles)Weather Warm and sunny with temperatures up to 91.9 °F (33.3 °C); wind speeds up to 11.1 miles per hour (17.9 km/h)[1]Pole positionDriver Ayrton Senna McLaren-Honda...
1957 British filmThe Girl in the PictureOpening titleDirected byDon ChaffeyWritten byPaul RyderProduced byTed LloydStarringDonald HoustonCinematographyIan StruthersEdited byDavid C. WithersProductioncompanyCresswell ProductionsDistributed byEros FilmsRelease dateJanuary 1957Running time63 minutesCountryUnited KingdomLanguageEnglish The Girl in the Picture is a 1957 British second feature[1] crime film directed by Don Chaffey and starring Donald Houston and Patrick Holt.[2] Plo...
العلاقات المكسيكية البليزية المكسيك بليز المكسيك بليز تعديل مصدري - تعديل العلاقات المكسيكية البليزية هي العلاقات الثنائية التي تجمع بين المكسيك وبليز.[1][2][3][4][5] مقارنة بين البلدين هذه مقارنة عامة ومرجعية للدولتين: وجه المقارنة المكس...