Cövhər

Сövhər [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. جٛ شٌّ ] – yunan dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır. Formalar və rənglər dəyişə bilər, lakin onun mahiyyəti olan taxta olması faktı əsla dəyişməz. Dəyişkən hallar və xüsusiyyətlərlə müqayisədə qalıcı olan, bir başqa şeylə yaxud da bir başqa şeydə deyil, öz-özülə var olan (fəlsəfi terminologiyaya aiddir). Cövhər kəlməsi ərəb mənşəlidir. Bu söz daha müasir variantda Qərb fəlsəfəsinə istinadla ―substansiya termini ilə ifadə olunur. Şeyin mahiyyəti, onun əsası demək olan cövhər bütün xarakter və xüsusiyyətlərdən uzaq təsəvvür olunur. Ona əlavə olunan forma, tip, xüsusiyyətlər onun təbiətinə bilavasitə aid olmadıqlarına görə onlara ərəz deyilir. Misal üçün taxta şeyin mahiyyəti kimi cövhər, sonradan ona əlavə olunan forma, rəng və s. isə ərəzdir. Digər bir mənada da hər hansı bir üzvi maddənin distillə və s.kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsinə də cövhər deyilir.

Mənbə

Adilə Nəzərova, "Fəlsəfə terminlərinin izahlı lüğəti"

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!