Kəskin pankreatit[2] — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur.[3][4]
Epidemiologiya
Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5–80 arasında dəyişir.
Risk faktorları
KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir:
► öd daşları
► xroniki alkoqol qəbulu
► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin,
pentamidin,
► sulfonamidlər, salisatlar, furosemid) qəbulu
► infeksiyalar
► genetik hiperlipidemiya
► abdominal travmalar
► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi
əməliyyatlar
► endoskopik retroqrad xolangioqrafiya
► xroniki hiperkalsiemiya
► pankreas və Fater məməciyinin şişləri
► Öddi sfinkterinin diskineziyası
► 12 barmaq bağırsaq xəstəlikləri
Klinik Təsnifat
KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır
gedişli destruktiv pankreatitlər.
KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və
məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı
cərrahi müalicə göstəriş deyil .
Mülayim gedişli (yüngül — ödemli) pankreatit 3–5 gün ərzində
aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala
bilir. Letallıq göstəricisi 1%-dən də azdır və bu xəstələrdə adətən
intensiv terapiyaya ehtiyac olsa da, pankreas cərrahiyyəsinə gərək
qalmır.
Ağır gedişli destruktiv pankreatitlər isə 10–20% hallarda
meydana çıxır və pankreasın və onu əhatə edən toxumaların bir
hissəsinin nekrozlaşması ilə xarakterizə olunur. Destruktiv
pankreatitlər əsasən üç fazada inkişaf edir:
- Birinci faza, fermentativ faza adlanır və ilk bir həftə ərzində inkişaf edə bilər. Bu dövr ərzində pankreas toxumasında nekrozlaşma, endotoksikoz, bəzi xəstələrdə poliorqan çatışmazlığı və endotoksin şoku inkişaf edə bilər.
- Destruktiv pankreatitlərin ikinci fazası reaktiv faza adlanır və adətən xəstəliyin ikinci həftəsini əhatə edir. Bu dövrdə mədəaltı vəzidə yaranmış nekrotik ocaqlara qarşı orqanizmin reaksiyası formalaşır və Sistemli İltihabi Cavab Sindromunun (SİRS) – septiki şokun inkişafı ilə xarakterizə olunur. Bu fazada iltihab əleyhinə mediatorların ifrazı SİRS-lə əlaqəli ağciyər, ürək-damar və böyrək çatışmazlığının meydana çıxmasına təkan verə bilir.
- Destruktiv pankreatitlərin üçüncü fazası parçalanma və sekvesterasiya fazası adlanır. Bu faza, adətən, xəstəliyin 3-cü həsftəsi başlayır və bir neçə ay çəkə bilir. Onun gedişində iki variant mümkündür: aseptik parçalanma və sekvesterasiya; septk parçalanma və sekvesterasiya. Aseptik parçalanma və sekvesterasiya postnekrotik sist və süzgəclərin əmələ gəlməsi
ilə nəticələnə bilər. Septik parçalanma və sekvesterasiya isə pankreas və pankresətrafı toxumalarda əmələ gəlmiş nekrotik kütlələrin infeksiyalaşması və irinli ağırlaşmaların inkişafı ilə xarakterizə olunur.
Diaqnostika
Kəskin pankreatitlərin ilkin diaqnostikası:
Kəskin pankreatitli xəstələr bir qayda olaraq təcili yardım xidməti bölmələrində qəbul olunur və xəstəliyin ilkin diaqnostikasında klinik əlamətlərin nəzərə alınması və bir sıra
müayinə metodlarının tətbiqi vacibdir:
Tipik klinik gediş –
- epiqastral nahiyədə spazmolitiklərlə götürülə bilməyən kəmərvari ağrılar,
- ağrıların intensiv xarakter daşıması ilə yanaşı epiqastral nahiyədə artan daxili gərginlik hissinin olması,
- ürəkbulanma və fasiləsiz qusmalar,
- qusma epizodlarından sonra rahatlığın yaranmaması,
- qarında köp,
- paralitik bağırsaq keçməməzliyi əlamətləri, bəzən diarreya,
- arxası üstə uzanan zaman nisbi rahatlıq,
- anamnezində alkoqol və ya yağlı yeməyin qəbulu, öd daşı
xəstəliyinin olması.
İlk saatlarda qarın köplü olsa da palpasiyada yumşaq qalır,
epiqastral nahiyədə ağrılı və peritonun qıcıqlanma simptomları zəif
müsbət olur. Xəstələrdə nəbzin tezləşməsi, ilk saatlarda arterial
təzyiqin normal olması və vaxt keçdikcə düşməsi qeyd olunur.
Laborator müayinələr
Laborator müayinələr zamanı qanda lipaza və amilazanın yüksəlməsi, sidikdə amilazanın yüksəlməsi, qanda leykositlərin yüksəlməsi aşkar olunur.
Diferensial diaqnostika
Kəskin pankreatitlərin differensial diaqnostikası aşağıdakı xəstəliklərlə aparılmalıdır :
- Mexaniki bağırsaq keçməməzliyi
- Kəskin apendisit
- Kəskin xolesistit və öd daşı xəstəliyi tutmaları
- Mədə və ya onikibarmaq bağırsaq xoralarının penetrasiyası və ya perforasiyası
- Digər boşluqlu daxili orqanların perforasiyası
- Aortanın qarın hissəsinin periton arxası cırılması
- Arxa-diafraqmal lokalizasiyalı miokard infarktı
Müalicə
Adətən ağrını aradan götürmək üçün ağrıkəsicilər inyeksiya olunur. Daha yaxşı olar ki, mədə və bağırsaqlar boş saxlansın. Beləliklə
qida və maye qəbulu dayandırılmalıdır. Mədə möhtəviyyatını xaric
etmək üçün zond burundan da salına bilər (nazoqastral zond).
Qusmanın qarşısını almaq da bura aiddir. Simptomlar sönənə qədər venadaxili infuziya, yəni xüsusi
məhlulların yeridilməsi aparılır. İltihabı aradan qaldırmaq üçün heç bir müalicə yoxdur. Bir çox
hallarda pankreatit simptomları bir neçə günə sönür. Çox az hallarda
ağırlaşmalar inkişaf edə bilər və vəziyyət ciddiləşə bilər. Sonra
tətbiq oluna biləcək müalicələrə aşağıdakılar aiddir. Əgər səbəb öd daşıdırsa, pankreatit tutması sağaldıqdan sonra onu
aradan götürmək lazımdır. Əgər pankreas və ətraf toxuma infeksiyaya yoluxubsa,
antibiotiklərdən istifadə olunur. Bəzən infeksiyalaşmış və ya zədələnmiş toxumaları aradan
götürmək üçün cərrahi üsuldan istifadə olunur.
Xülasə
Kəskin pankreatit qarın nahiyəsində ağrı və qusma ilə müşahidə olunur.
Bir çox hallarda səbəb öd daşı və spirtli içkidir.
Xəstəxana şəraitində müalicəyə ehtiyac var, amma bir çox hallarda simptomlar bir neçə günə keçib gedir.
Bəzən KP ağırlaşmış pankreatitə keçə bilər ki, bu da həyat üçün olduqca təhlükəlidir.
Əgər səbəb öd daşıdırsa, onun aradan götürülməsi növbəti tutmaların baş verməsinin qarşısını alacaq.
Kəskin pankreatitdən sonra həkiminiz icazə verməyənə qədər spirtli içki içməyin.
İstinadlar
Xarici keçidlər