Vazopressin — əsas xüsusiyyətlərindən biri qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaq olan hormon.
Bu, insanın təkamül prosesində xüsusi əhəmiyyətli faktordur. Bu təhlükəsizlik sisteminin işləməsi hərtərəfli planlaşdırılmışdır. Ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir. Məlumdur ki, insan qan təzyiqini ölçmək üçün texnoloji cihazlardan istifadə edir. Bu cihazlar bir çox müxtəlif elm sahəsinə mənsub mütəxəssisin birgə fəaliyyəti ilə icad edilmişdir və qabaqcıl texnologiya ilə istehsal edilir. Halbuki, ürəkdə eyni funksiyanı gözlə görünməyən çox kiçik molekullar həyata keçirirlər. Bu reseptorlardan çıxan sinirlər isə sanki kabel rabitəsi kimi hipofiz vəzinə bağlanıblar. Normal qan təzyiqi ilə bu reseptorlara daima impuls göndərilir və bu kabellər vasitəsilə hipofiz vəzinə müntəzəm elektrik axını ötürülür. Hipofiz vəzi isə bu siqnalları aldıqda vazopressin hormonunun ifraz edilməsini dayandırır.
Ciddi qanaxma olduqda insan çox qan itirir və damarlarındakı qan miqdarı azalır. Bu da qan təzyiqinin düşməsinə səbəb olur ki, aşağı qan təzyiqi xəstə üçün çox təhlükəlidir. Qan təzyiqi düşdükdə damarların və ürəyin içində yerləşən reseptorların hipofizə göndərdiyi impuls da kəsilir. Bu isə hipofizin həyəcan vəziyyətinə keçməsinə və vazopressin hormonu ifraz etməsinə səbəb olur. Vazopressin hormonu dərhal qan damarlarının ətrafında yerləşən əzələlərin gərilməsinə səbəb olur və bu proses qan təzyiqinin qalxmasını təmin edir.
İstinadlar