Androgenez

Androgenez (yun. νήράνδρός – kişi + … genez) – orqanizmin mayalanma prosesində yalnız spermatozoidlə yumurtahüceyrəyə düşən erkək nüvə hesabına inkişaf etməsi; dişi nüvə erkək nüvə ilə birləşmədiyinə və inkişaf prosesində iştirak etmədiyinə görə məhv olur. Bu halda yalançı mayalanma baş verir. Androgenez nəticəsində əmələ gələn nəsillər yalnız ata irsinin əlamətlərini saxlayır. Yumurtanın inkişafı bir erkək xromosom dəstinin, yaxud iki erkək xromosom dəstinin iştirakı ilə baş verir. Dişi nüvəsini itirmiş mayalanmış yumurta fraqmentinin inkişafı–meroqoniya androgenezin xüsusi bir halıdır. Təbiətdə androgenez müstəsna hallarda bəzi həşəratlardabitkilərdə müşahidə edilir. Androgenezi süni surətdə yaratmaq mümkündür. Bunun üçün yumurtanın nüvəsi mayalanmada iştirakdan mexaniki, fiziki və kimyəvi təsirlərlə təcrid edilməlidir.

Süni androgenez bitkilərdə (buğda, qarğıdalı, arpa, kartof) və heyvanlarda seleksiya prosesini sürətləndirmək üçün tətbiq edilir. İlk dəfə 1956-cı ildə B. L. Astaurov bu təcrübəni tut ipəkqurdu üzərində həyata keçirmiş və nəticədə sənaye miqyasında androgenetik erkək fərdlər almışdır onların baramasında dişi fərdlərin baramasına nisbətən ipək 20%-dən çoxdur, bu da ipəkçiliyin inkişafı üçün əhəmiyyətlidir. Erkək cinsi hüceyrələr bankı yaratmaqla eks perimental androgenez metodunu nadir və nəsli kəsilmiş növlərin mühafizəsi və bərpasında tətbiq etmək olar. Ənənəvi olaraq diploid androgenez hadisəsindən nüvə və sitoplazma arasındakı qarşılıqlı təsir prosesini öyrənmək üçün istifadə edilir.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!