Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar.
Quruluşu
Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir.
İnkişafı, anomaliyaları və yaş xüsusiyyətləri
Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir. Bunların inkişaf mexanizmi vəzilərin inkişafı kimidir. Qalxanabənzər ətraf vəzilərinin anomaliyalarından miqdarının azalıb və çoxalması təsadüf edilir. Uşaqlarda qalxanabənzər ətraf vəziləri şəffaf və rəngləri çəhrayı olur, yaşa dolduqca onların rəngi tündləşir.
Vaskulyarizasiya və innervasiyası
Qalxanabənzər ətraf vəziləri aşağı və yuxarı qalxanabənzər arteriyalarından çıxan şaxələr (lat. rami parathyreoidei) ilə qidalanır. Venoz qan aşağı və yuxarı qalxanabənzər venalara toplanır. Bu vəzilər qalxanabənzər vəzini innervasiya edən sinirlərlə təchiz olunur.
Vəzifəsi
Bu vəzilərin funksiyası tamamilə müəyyənləşdirilməmişdir, ancaq onun hormonu (parathormon) bədəndə kalsium mübadiləsini tənzim edir. Vəziləri bədəndən çıxardıqda hissi və hərəki sinirlərin həssaslığı olduqca artır. Əvvəlcə əzələ titrəməsi, sonra qıclıq və axırda tetanusa oxşar əlamətlər nəticəsində insan tələf olur. Beləliklə qalxanabənzər ətraf vəziləri kalsium mübadiləsini tənzim edərək onun müəyyən qismini bədəndə saxlayır, ona görə bu vəziləri çıxardıqda bədəndəki kalsiumun miqdarı azalır və nəticədə sinir-əzələ aparatının qıcıqlanma qabiliyyəti artır; çünki kalsium, ümumiyyətlə, sinir sisteminə təsir edərək onun həssaslığını zəiflədir.
|
---|
Branxiogen vəzilər | | |
---|
Neyrogen və seylomik vəzilər | |
---|
Endodermal vəzilər | |
---|
Mezenximatoz vəzilər | |
---|
|
İstinadlar
Mənbələr
Xarici keçidlər
Həmçinin bax