Avstriya Avroviziya Mahnı Müsabiqəsinə 1957-ci ildə qoşulmuş və ümumilikdə 52 dəfə iştirak etmişdir. 1969, 1970, 1973, 1974, 1975, 1998, 2001, 2006, 2008, 2009 və 2010-cu illərdə müsabiqədə iştirak etməmişdir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində cəmi iki dəfə qalibiyyət əldə etmişdir. Avstriya ilk Avroviziya qələbəsini 1966-cı ildə Udo Yürgensin ifa etdiyi "Merci, Chérie" adlı mahnı ilə qazanmışdır. Avstriya müsabiqədə ikinci qalibiyyətini 48 il sonra Konçita Vurstun ifa etdiyi "Rise Like a Phoenix" mahnısı ilə yaşamışdır. Bundan əlavə Avstriya müsabiqədə iştirak etdiyi 52 il ərzində 9 dəfə sonuncu yerdə qərarlaşmışdır.
Qalib İkinci yer Üçüncü yer Sonuncu yer
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.