İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
1989 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1989; fr. Concours Eurovision de la chanson 1989) — sayca 34-cü Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Selin Dionun ifa etdiyi "Ne partez pas sans moi" mahnısı ilə 1988 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1989-cu ildə İsveçrə 32 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Lozanna şəhərində "Palais de Beaulieu" sarayında keçirilmişdir. Müsabiqə 1989-cu ilin 6 may tarixində baş tutmuşdur.
1989-cu ildə Kipr bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə Yuqoslaviya təmsilçiləri olan "Riva" qrupu ifa etdikləri "Rock Me" adlı mahnı ilə qalib gəlmişdir. İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi yeddi xal ayırmışdır. Bu Yuqoslaviyanın Avroviziyada iştirak etdiyi illər ərzindəki ilk qalibiyyəti idi.