Sezar Sampson 18 avqust 1983-cü ildə AvstriyanınLinz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır.
Avroviziya Mahnı Müsabiqəsi
Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir.
5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə AvstriyanıPortuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir[1][2]. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Sezar 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 13-cü səhnə almışdır. Nəticədə ifaçı 231 xalla yarımfinalda 4-cü yeri tutmuş və ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində mahnısını bir daha ifa edən Sampson finalda münsif səsverməsinə görə birinci yeri tutsa da, SMS səsverməsində 13-cü yerdə qərarlaşmışdır. Ümumi nəticədə isə 342 xal toplayaraq, 3-cü yeri tutmuşdur. Bu Avstriyanın Avroviziyada 2014-cü ildən bəri əldə etdiyi ən yüksək nəticəsi olmuşdur.