Laura Rizzotto (d. 18 iyul 1994, Rio-de-Janeyro, Braziliya) — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Onun 2011-ci ildə Universal Music Brazil albom şirkəti ilə əməkdaşlığı sayəsində Made in Rio adlı debüt albomu işıq üzü görmüşdür. 2014-cü ildə ifaçının ikinci studiya albomu Reason to Stay, 2017-ci ildə isə RUBY adlı mini-albomu satışa buraxılmışdır.
Rizzotto "Funny Girl" mahnısı ilə Latviyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı
Laura Rizzotto 18 iyul 1994-cü ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində anadan olmuşdur. Onun atası Latviya və Braziliyanın ikili vətəndaşıdır. Rizzottonun Portuqal mənşəli Braziliyalı anası isə Latviyanın Liepaya şəhərində anadan olmuş və Riqada böyümüşdür. Onun ailəsi 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında yerləşən Edina şəhərinə köçmüşdür. Onun uşaqlığı Rio-de-Janeyro və ABŞ-də keçmişdir. Orta məktəbdə təhsilini bitirdikdən sonra Rizzotto Bostonda yerləşən Berkli Musiqi Kollecinə daxil olmuşdur. 2013-cü ildə o, Los-Ancelesə köçmüş və orada Kaliforniya İncəsənət İnstitutuna daxil olaraq, musiqi sənəti üzrə təhsilini dərəcə ilə bitirmişdir. Daha sonra o, Nyu-Yorka köçmüş və 2017-ci ildə Kolumbiya Universitetini musiqi ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.[1]
Karyerası
Laura Rizzotto öz musiqi karyerası 2009-cu ildə başlamış və növbəti ildə Universal Music Brazil albom şirkəti ilə anlaşma imzalamışdır. Onun 2011-ci ildə Made in Rio adlı debüt albomu işıq üzü görmüşdür. 2012-ci ildə Demi Lovatonun A Special Night with Demi Lovato turu çərçivəsində Braziliyada keçirdiyi konsertdə Rizotto da səhnə almışdır. 2014-cü ildə ifaçının üzərində özünün tək çalışdığı ikinci studiya albomu Reason to Stay təqdim olunmuşdur. 2016-cı ildən 2017-ci ilə kimi Rizzotto Cennifer Lopes üçün Portuqal dili məşqçisi kimi çalışmışdır.[2] 2017-ci ildə onun RUBY adlı mini-albomu satışa buraxılmışdır.
2017-ci ilin dekabr ayında Laura Rizzottonun "Funny Girl" mahnısı ilə Latviyanın LTV telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir.[3] Fevral ayında baş tutan yarışmada Rizzotto səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Funny Girl" mahnısı ilə Latviyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[4] Uzun sürən çalışmalardan sonra Laura 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 14-cü səhnə almışdır. Nəticədə ifaçı 106 xalla 12-ci yeri tutmuş və müsabiqənin finalına yüksələ bilməmişdir
Diskoqrafiya
Albomlar
Mini-albomlar
Sinqllar
İstinadlar
Xarici keçidlər
|
---|
Final bölməsindəki müğənnilərin adı nəticəyə görə yazılmışdır. |
Final | |
---|
I yarımfinal | |
---|
II yarımfinal | |
---|