Elina Neçayeva (est. Elina Netšajeva, rus. Элина Нечаева; 10 noyabr 1991[1], Tallin) — rus mənşəli Estoniya sopranosu. O, "La Forza" mahnısı ilə Estoniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı
Elina Neçayeva 10 noyabr 1991-ci ildə Estoniyanın paytaxtı Tallin şəhərində rus ailəsində anadan olmuşdur. O, 2011-ci ildə Tallin Fransız Məktəbində təhsilini başa vurmuşdur.[2] 2016-cı ildə Estoniya Musiqi və Teatr Akademiyasını klassik musiqi ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.[3]
Estoniya televiziyasında Elina ilk dəfə 2009-cu ildə Eesti otsib superstaari musiqi yarışmasındakı iştirakı ilə görülmüşdür. Daha sonra ifaçı 2014-cü ildə Estoniyanın Klassikatähed yarışmasında iştirak etmiş və nəticə olaraq finaladək yüksələ bilmişdir.[2]
2017-ci ildə Neçayeva Estoniyanın Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eesti Laul milli seçim turuna aparıcılıq etmişdir.
2017-ci ilin sonlarında Elina Neçayevanın "La Forza" mahnısı ilə Estoniyanın ERR telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Mart ayında baş tutan yarışmanın finalında Neçayeva səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və italyan dilində olan "La Forza" mahnısı ilə Estoniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[4]
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Elina 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 9-cu səhnə almışdır. Nəticədə ifaçı 201 xalla yarımfinalda 5-ci yeri tutmuş və iki illik fasilədən sonra ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən Neçayeva ümumi nəticədə 245 xal toplayaraq, 8-ci yerdə qərarlaşmışdır.
Diskoqrafiya
İstinadlar
Xarici keçidlər
|
---|
Final bölməsindəki müğənnilərin adı nəticəyə görə yazılmışdır. |
Final | |
---|
I yarımfinal | |
---|
II yarımfinal | |
---|