Amaya Romero 3 yanvar 1999-cu ildə İspaniyanın Navarra muxtar ərazisində yerləşən Pamplona şəhərində anadan olmuşdur. O, universitetdə fortepiano ixtisası üzrə təhsilinin sonuncu ilindədir.
Musiqi karyerası
2010-cu ildə Amaya Romero İspaniyanın Telecinco telekanalında yayımlanan Cántame una canción adlı uşaqlar üçün keçirilən məharət yarışmasında iştirak etmişdir.
2012-ci ildə isə o, Antena 3 telekanalının təşkil etdiyi El Número Uno məharət yarışmasında iştirak etmişdir. Romero yarışmanın altıncı həftəsində iştirakını dayandırmışdır.
2017-ci ildə Amaya İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır.[4] Həmin ilin oktyabr ayında onun yarışmada iştirak edəcəyi təsdiqlənmişdir. 28 yanvar 2018-ci ildə Operación Triunfo nəznində keçirilən İspaniyanın Avroviziya milli seçim turunda Amaya Romero Alfred Qarsiya ilə birlikdə ifa etdiyi "Tu canción" mahnısı ilə ən çox səs toplayaraq, İspaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
2018-ci ilin fevral ayında keçirilən Operación Triunfo yarışmasının finalında Amaya yarışmanın qalibi elan edilmişdir. May ayında keçirilən Avroviziya finalında mübarizəyə qoşulan Alfred və Amaya ikinci səhnə almışdır. Nəticəd duet 26 ölkə təmsilçisinin yarışdığı final mərhələsində 61 xal toplayaraq, 23-cü yerdə qərarlaşmışdır.