Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Bioqrafiya
Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür.
2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür.
Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur. Növbəti ildə Lea Sirkin "Hvala, ne!" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil edilən milli seçim turunda yenidən iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayında baş tutan yarışmada Lea səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Hvala, ne!" mahnısı ilə Sloveniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[1][2] Lea 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 17-ci səhnə almışdır. Nəticədə ifaçı 8-ci yerdə qərarlaşaraq, final mərhələsində yer almışdır. Finalda Lea 64 xalla 22-ci olmuşdur.
Diskoqrafiya
Albomlar
Sinqllar
İstinadlar
Xarici keçidlər
|
---|
Final bölməsindəki müğənnilərin adı nəticəyə görə yazılmışdır. |
Final | |
---|
I yarımfinal | |
---|
II yarımfinal | |
---|