'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing.Eurovision Song Contest 1961; fr.Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.