1970 Avroviziya Mahnı Müsabiqəsi (ing.Eurovision Song Contest 1970; fr.Concours Eurovision de la chanson 1970) — sayca 15-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1969 Avroviziya Mahnı Müsabiqəsində dörd ölkənin (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) qələbə qazanmasının ardınca hansı ölkənin növbəti müsabiqəyə ev sahibliyi edəcəyi maraq doğururdu. Belə ki, İspaniyanın 1969-cu ildə, Böyük Britaniyanın isə 1968-ci ildə müsabiqəyə ev sahibliyi etdiyinə görə ortada iki seçim olaraq Fransa və Niderland qalırdı. Nəticə olaraq, Avropa Yayımlar İttifaqının rəsmi açıqlamasında Niderlandın Avroviziyaya ikinci dəfə ev sahibliyi edəcəyi təsdiqlənmişdir. Müsabiqə ölkənin paytaxtı Amsterdam şəhərində “Rai Congrescentrum” arenasında keçirilmişdir. Müsabiqə 1970-ci ilin 21 mart tarixində baş tutmuşdur.
Ötən ilki müsabiqənin nəticələrindən narazı olan Finlandiya, İsveç, Norveç və Portuqaliya Avroviziya 1970-də iştirakdan imtina etmişdir. Müsabiqədə cəmi 12 ölkənin iştirak etmişdir və bu iştirakçı sayına görə 1959-cu ildən bəri ən aşağı göstərici idi. Müsabiqədə İrlandiya təmsilçisi Dana ifa etdiyi "All Kinds of Everything " mahnısı ilə Avroviziya 1970-in qalibi olmuşdur. Bu İrlandiyanın Avroviziyada ilk qalibiyyəti idi.