Qarahəmzəli, Qarahamzalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.[1] [2]
Tarixi
Toponim İrəvan quberniyası İrəvan qəzasında qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik və sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qarahəmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Erməni əhalisi buraya 1829-1830-cu illərdə İrandan gəlmişlər[3].
Coğrafiyası və iqlimi
Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd.
Əhalisi
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra İrandan köçürülmüşdür[4]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur[6]. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157 nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır[5].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək zorla Azərbaycana köçürülmüşdür. İndi burada ancaq gəlmə ermənilər yaşayırlar.[7]
Toponimi
XIX əsrin əvvəllərində əhalisi qarışıq idi. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [8] [9]. 1590-cı ildən mə'lumdur[10] Еhtimal ki, Qars əyalətində Qara Həmzə kəndindən [11] [12] gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1728-ci ilə aid mənbəyə görə digər adı "Nəhri-Mustafa" idi[13]. 1935-ci ildə kənd Tamamlı, 1950-ci ildə ermənicə Burastan adlandırılmışdır. Qəryə (kənd) və Həmzəli etnonimindən ibarətdir.
İstinadlar
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987.
- ↑ [1][ölü keçid]
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852,s.551-553
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.46-47, 126-127
- ↑ История Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990,s.216
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.
- ↑ Гейбуллаев Г.А. О происхождении некоторых этнотопонимов Азербайджана. (Доланлар, Онгутлу, Араткенд, Абад, Алат, Керки, Кылычлы). “ДАН Азерб. ССР”, 1981, № 2.
- ↑ Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985.
- ↑ Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
- ↑ Лерх П. Исследование об иранских курдах и их предках северных халдеях. Спб., 1832.
- ↑ Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. - VIII в. “Историческая география Азербайджана”. Баку, 1987.
- ↑ Yüzbaşov R. Azərbaycanın coğrafi tеrminləri. Bakı, 1966.
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|