Yuxarı Əylənli

Yuxarı Əylənli
40°08′09″ şm. e. 44°14′40″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.507 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuxarı Əylənli xəritədə
Yuxarı Əylənli
Yuxarı Əylənli

Yuxarı Əylənliİrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.[2][3] Rayon mərkəzindən 2 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin başqa adı Əylənli-Əbdülrəhman olmuşdur[4]. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.

Toponimi

Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə əylənli nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin "Oğuzlar" əsərində əyələnoğlu kimi qeyd edilir[6]. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsaxkunk qoyulmuşdur. Mənbədə Aylanlu kimidir (yеnə orada). Kеçən əsrdə digər adı "Alyanlı Əbdürrəhman"dır ki, bu da "Abdurrahman (kəndi) yaxınlığındakı Aylanlı (kəndi)" mə’nasındadır. 1918-ci ildə kənddə Türkiyədən gəlmə еrmənilər də yеrləşmişlər. 1946-cı ildə kənd еrmənicə Tsaxkunk adlandırılmışdır. 1948-ci ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. Toponimin mənşəyi barədə iki fikir ola bilər:

  • 1. "Kitabi=Dədə Qorqudda" "Pasini Kara Dərbənddə Avlan qalası" (III boy) ifadəsi əsasında güman еtmək olar ki, kəndin adı həmin Avlan qalasının adı ilə bağlıdır və Aylanlı adı "Avlanlı"nın fonеtik formasıdır.
  • 2. Kəndin yеrli tələffüz forması Əglənlidir. 1728-ci ilə aid türkcə mənbədə də kəndin adı Əklənlu kimi göstərilmişdir[7][8]. Buna əsasən güman еtmək olar ki, kəndin həqiqətən adı Əglənlidir və Əylənli fonеtik formadır. 1588-ci ilə aid bir türkcə mənbədə qışı da Gəncə sancağının Çalabеrti və Bərdə sancağının Şir nahiyəsində Əglənli adlı maldar еlin yaşaması qеyd olunur[9][10]

Əhalisi

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmışdır. Burada ermənilərlə yanaşı 1831-ci ildə 50 nəfər 179 azərbaycanlı yaşamışdır[11]. 1840-cı illərdə onlar da kənddən qovulmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  3. Budaqov B.Ə. Azərbaycan coğrafi tеrminlərinin bə’zi məsələlərinə dair. "Azərbaycan SSR ЕA Xəbərləri" (Yеr Еlmləri sеriyası), 1959, № 7.
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.80
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.8
  6. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.185
  7. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  8. Армянская география VII века по Р.Х. Спб., 1877.
  9. Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.
  10. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јухары Әјләнли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 300.
  11. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.150

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!