Faruq Sümər

Faruq Sümər
türk. Faruk Sümer
Doğum tarixi
Doğum yeri Türkiyə Respublikası, Konya ili, Bozkır ilçəsi, Akçapınar
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Türkiyə Respublikası, İstanbul ili
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Anadolu türkü

Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq.

Həyatı

Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur.[1] Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü. İbtidai məktəbi "Qazi Paşa İbtidai məktəbi"ndə oxuyan Faruq Sümər 1936-cı ildə orada ibtidai təhsilini bitirdikdən sonra "İstanbul Haydarpaşa Öğretmen Okulu"na qəbul olmuş, 1943-cü ildə isə oradan da məzun olmuşdur. Orta təhsilini bitirdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat Fakultəsinin Tarix Bölümünə qəbul olunmuş Faruq Sümər burada M. Fuad Köprülü, M.H. Yinanç, A. Z. Velidi Toqan, A. Nimet Kurat kimi dövrünün məşhur tarixçi alimlərindən dərs almışdır.

İlk və orta təhsilini İstanbulda tamamlamışdır. İstanbul Üniversiteti tarix fakültəsini bitirən Sümer Ankara Üniversitetndə doktorluq çalışmasını tamamladıqdan sonra akademik həyatına burada davam etmişdir.

Türk tarixinə sayısız əsər qazandıran Faruq Sümer, dünya çapında dəyərə sahib çox kitab yazmışdır. Sümerin ən önəmli əsəri "Oğuzlar" kitabıdır. Qaraqoyunlular, Səfəvilər, "Kitab-ı Diyarbəkriyyə", "Çəpniler", "Yabanlu bazarı", "Türk Dövlətlərində şəxs adları" və "Turkısh Archıtecture" diğer kitaplarıdır. Bundan başqa məqalə, təbliği, ensiklopediya maddəsi və araşdırmaya imza atmışdır. Bu əsərlərinin bir qismi çeşidli dillərdə də çap edilmişdir. Türkiyədə olduğu kimi xaricdə də çox vəzifə alan Sümer türk tarixini, xüsusilə də Oğuzların tarixini anlatmaq üçün çalışmalar ortaya gətirmiş, konfrans, panel və məqalələr dərc etdirmişdir. Avropa ölkələri və Türkmənistanda apardığı çalışmaları dəyərini bir qat daha arttırmışdır. O, 1995-ci ildə vəfat edib.

Əsərləri

  • Oğuzlar (Türkmenler): tarihleri, boy teşkilâtı, destanları, Ankara Üniversitesi Basımevi, Ankara, 1967, 522 sayfa.
  • Karakoyunlular I (Başlangıçtan Cihan Şaha Kadar), Ankara, 1967.
  • İslam Kaynaklarına Göre Malazgirt Savaşı (Metinler Ve Çeviriler), Ankara, 1971.
  • Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü, Ankara, 1973.
  • Türklerde Atçılık Ve Binicilik I, Türk Dünyası Araştırmaları Vakfı Yayını, İstanbul, 1983.
  • Yabanlu Pazarı - Selçuklular Devrinde Milletler Arası Büyük Bir Fuar, Türk Dünyası Araştırmaları Vakfı Yayını, İstanbul, 1985.
  • Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992, 432 səhifə. ISBN 5560005118

Xarici keçidlər

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!