Viləş çayının sahilində, Sarıqaya dağının yamacındadır. Yaşayış məntəqəsi keçmişdə Talış zonasında yaşamış pirembel tayfasının məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin 70-ci illərinə aid məlumata görə, 5 qoldan ibarət olan pirembel tayfası qışı Cənubi Azərbaycandakı Muğanda, yayı isə Talış dağlarında keçirmişdir. Onların daimi məskunlaşması nəticəsində Babakənd, Lütfəlikənd, Ocaqqulu, Mahmudəli, Atamxanlı, Məlikqasımlı və s. kəndlər yaranmışdır. Rayonun ərazisindəki Cirimbel kəndinin adı da etnonimin təhrif olunmuş formasıdır.[mənbə göstərin]
İstinadlar
Mənbə
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı,2007.