Horavar Yardımlı rayonunun Vərgədüz inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, dağətəyi ərazidədir. Oykonim fars dilindəki oura (qala) və var (yer, məskən) sözlərindən düzəlib, "qala yeri" mənasındadır. Hıravar variantında "dumanlı yer" mənasında da izah olunur.[1]
İstinadlar
↑”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 329