Daşkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.[1]
Toponimikası
Oykonim daş (burada "qaya") və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib "qayada yerləşən kənd" mənasındadır. Özbəkistanda Daşkənd adlı vilayət və yaşayış məntəqəsi var.[2]
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir.
Din
Kənddə Daşkənd məhəllə məscidi dini icması fəaliyyət göstərir.[3]
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|