Urakəran

Urakəran
38°52′49″ şm. e. 48°12′57″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 836 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 962 nəf.
Xəritəni göstər/gizlə
Urakəran xəritədə
Urakəran
Urakəran

UrakəranAzərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Urakəran kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Toponimikası

Kəndin keçmiş adı Gavran olmuşdur. Oykonimin ura (farsca oura "qala") və talış dilindəki kəran (evlər, məhəllə kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "qala kəndi", "qala yaxınlığında kənd" mənasında olması güman edilir. Kəndin adını uran/oran tayfa adı ilə də bağlayırlar.[2]

Urağaran sözü dilçilik ədəbiyyatlarında Urakəran şəklində qeyd olunur. Odur ki, toponimin Urağaran fonetik variantı üzərində çox dayanmaq istəmirik. B.Sultanlı kəndin adını "ur" və "ağaran" şəklində- Ur "bol", "çox", agaran sözünü isə "ağartı" mənasında ("ağaranın bol olduğu yer") izah etmişdir. ("Tək Dam" qəz., 2008). Lakin oykonimin əvvəlki adının mənşəyi deyilənləri inkar edir. Məlumdur ki, qədim dilimizdə ur (şiş, zirvə, bolluq, artmaq, qohumluq, dam, çardaq), uru (icma, şəhər), uruğ –ur-qohum+uğ –tayfa, nəsil mənasında sözlər işlənmişdir. Bu sözlərin bir çoxu bu gün də Yardımlı şivələrində işlənməkdədir: uralanmaq, ur olmaq, uruğ, yaxud uruğ-turuğ və s. Urekan sözü "Aqvan tarixi"ndə xatırlanır. Q.Qeybullayev Urek komponentini qədim türk sözü Uruk (orik)-lə bağlayır.[3]

Akad.B.Budaqov Urakəran toponiminin ura (farsca qala) və kəran (talış dilində "tərəf", "kənar", "məhəllə", "kənd") komponentlərindən ibarət olduğunu yazır.(www/budaq.com). Fikrimizcə, Urakəran uruk/urek və uran/aran komponentlərindən ibarət olub, qədim forması Urukuran/Urukaran olmuşdur. Yaşayış məntəqəsi sonralar Gavran, əvvəlki adı demək olar ki, olduğu kimi saxlanmaqla Urakəran və nəhayət Urağaran adlandırılmışdır. Qədim uruk sözü "nışırıx", "nəsil", "tayfa" mənasında Yardımlı şivələrində uruq/urux, uruq-turuq sözlərində qalmışdır.Toponimin ikinci komponenti isə mənbələrdə müxtəlif fonetik variantlarda qeyd olunan oran /uran /aran tayfa adıyla bağlıdır. Aran tayfası mənbələrə görə, IX-XI əsrlərdə Cənubi Rus çöllərində yaşamış qıpçaq tayfalarının uran (aran/oran) qolu ilə əlaqədardır. Lerik ərazisindəki Aran oykonimi də bu tayfa adıyla bağlıdır.Aran adında Tovuz və Qəbələ ərazisində dağ silsiləsi mövcuddur. Aran- erkən orta əsrlərdə Şimali Azərbaycanın adı olmuşdur.

Mənbələrdə Tosaren (Düz Aran), Aran, Arran, əl-Ran, Rani kimi adı çəkilir. Qədim Azərbaycan dilində aran "isti, düzən yer, qışlaq yeri" mənasındadır. Tədqiqatçılar oronimlərin eyniadlı etnonimlə bağlılığını da istisna etmirlər. Çünki Krım ərazisində Aranada, İrkutsk vilayətində Aranqala, Sibirdə Arankul, Azərbaycan ərazisində Aran təpəsi, Aran dərəsi(Lerik r.), Oran dərə (Masallı r. Yelocaq k.), Arantəpə (Kəlbəcər r.Mozkənd k.), Urandağ (Xocavənd r.) və s. qeydə alınmışdır və tədqiqatçılar bu coğrafi adları aran/oran/uran etnonimi ilə əlaqələndirirlər. (ATEL, I c.s.42-43) Uran etnonimi digər toponimlərin tərkibində də qalmışdır. XIX əsrdə Gürcüstan ərazisində Gög-Uran, Ağ-Uran, habelə Uran-Qutan oykonimləri qeydə alınmışdır. Q.Qeybullayev yazır ki, XIX əsrə aid ədəbiyyatlarda Aran Uran kimi qeydə alınmışdır. Sonrakı dövrdə Oran, nəhayət Aran forması qəbul olunmuşdur.[4] Qarqar çayının ətəyində Əsgəran oykonimi və qalası mövcuddur. Toponim əski (qədim) və Aran/Arran komponentlərindən ibarət olub "Qədim Aran" mənasındadır. Şübhə yoxdur ki, Urakəran toponimi də "Aran tayfası", yaxud "Aran nəsli" mənasındadır.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Viləşçayın sahilində, Dambaşı dağının yamacında yerləşir.

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  2. Urakəran // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Toponimiya Azerbaydjana", səh. 31
  4. Top. Azerb-na. s.49

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!