Talada yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi 1918-20-ci illərdə keçmiş binə yerində salınmışdır. Keçən əsrin əvvəllərində Lənkəran qəzasındaLəzran adlı iki kənd və Ləzir adlı bir köçəbə qeydə alınmışdır. Tədqiqatçılara görə, ləzir və ya ləziran orand tayfasının birinci qoluna məxsus tirənin adıdır.[1]
İstinadlar
↑Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.