Zəlim Kotsoyev

Zəlim Kotsoyev
Zəlim Kotsoyev 2023-cü ildə
Zəlim Kotsoyev 2023-cü ildə
Şəxsi məlumatlar
Tam adı Zəlim Kotsoyev
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
Doğum yeri Beslan, Rusiya
Boyu 192 sm. (6 ft 3.5 in)
İdman növü Cüdo
Məşqçisi Elxan Məmmədov
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəlim Kotsoyev (9 avqust 1998, Beslan, Şimali Osetiya[1]) — Azərbaycanı təmsil edən osetin əsilli cüdoçu, Cüdo üzrə Azərbaycan milli komandasının üzvü, Olimpiya[2] və Avropa Çempionu.[3]

Karyerası

Zəlim Kotsoyevin beynəxalq turnirlərdə birinci uğuru 2013-cü ilin iyununda Estoniyanın Tallin şəhərində baş tutan U-18 Avropa Çempionatında imza atdı. Həmin turniri Zəlim Kotsoyev bürünc medalla başa vurdu. Bir il sonra, 2014-cü ilin iyulunda Yunanıstanın Afina şəhərində baş tutan U-18 Avropa Çempionatında Zəlim Kotsoyev bu səfər bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zəlim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyulunda Zəlim Kotsoyev Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib oldu. Həmin ilin avqustunda Zəlim Kotsoyev həm də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.

Zəlim Kotsoyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə birinci qələbəsinə 2016-cı ilin iyulunda Monqolustanda baş tutan Ulan-Bator Qran-Prisində qızıl medal qazanmaqla imza atdı. 2017-ci ildə Zəlim Kotsoyev Tayvanda baş tutan Universiada Oyunlarının, Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının və Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında qızıl medalların sahibi oldu.

2018-ci ilin aprelində Zəlim Kotsoyev Antalya şəhərində IJF Antalya Qran-Prisinin qalibi oldu. Həmin ay İsrailin Təl-Əviv şəhərində baş tutan Avropa Çempionatında isə Zəlim Kotsoyev bürünc medalın sahibi oldu. 2019-cu ildə Avropa Oyunları və Dünya Çempionatında uğursuz çıxış edən Zəlim Kotsoyev il ərzində IJF Qran-Pri və Grand Slam seriyalı beynəlxalq turnirlərdə 2 gümüş və 2 bürünc medala sahib oldu.

Zəlim Kotsoyev 2020-ci il ərzində fevralda Düsseldorf şəhərində (Almaniya) IJF Düsseldorf Qran-Prisini və noyabrda Praqa şəhərində (Çexiya) Avropa Çempionatını bürünc medalla başa vurdu.

2021-ci ildə Zəlim Kotsoyev əvvəlcə yanvarda Doha şəhərində Doha Masters beynəlxalq turnirinin gümüş medalına sahib oldu, sonra isə apreldə Antalya şəhərində Antalya Qran-Prisinin qalibi oldu. Apreldə həm də Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib olan Zəlim Kotsoyev avqustda Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[4] Zəlim Kotsoyev olimpiadanın 1/16 final mərhələsində Fransa nümayəndəsi Alixandre İddir ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Zəlim Kotsoyev rəqibinə vaza-ari balı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Kanada nümayəndəsi Şadi El Nahas oldu.[4] Bu görüşdə Zəlim Kotsoyev rəqibinə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[4][5]

Olimpiadadan sonra Zəlim Kotsoyev 2022-ci ildə Azərbaycandaİsraildə baş tutan IJF Grand Slam seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və qızıl medallara, həmçinin Qüds şəhərində Jerusalem Masters beynəlxalq turnirində bürünc medala sahib oldu. Həmin il Zəlim Kotsoyev həm də Daşkənd şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu və bu onun Dünya Çempionatlarında qazandığı birinci medal oldu.

2023-cü il də Zəlim Kotsoyev üçün uğurlu mövsüm oldu. Fransa, İsrailAzərbaycanda baş tutan IJF Grand Slam beynəlxalq turnirlərində 1 qızıl və 2 bürünc medala sahib olan Zəlim Kotsoyev mayda Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Noyabrda isə Zəlim Kotsoyev Fransanın Monpelye şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa Çempionatının qızıl medalına sahib oldu.

Zəlim Kotsoyev 2024-cü ilin mayında BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya çempionu oldu. Nəticədə Zəlim Kotsoyev IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.[6]

2024-cü il 13 avqust Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub

İstinadlar

  1. Olympedia (ing.). 2006.
  2. “Paris-2024”də Azərbaycanın ikinci qızıl medalı - Zelim Kotsoyev Olimpiya çempionu adını qazandı VİDEO
  3. Olympedia.org. "Zelim KOTSOYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Зелим Коцоев проиграл канадцу в 1/8 финала". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  5. Olympedia.org. "2020 Summer Olympics / Judo / Half-Heavyweight (100 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. Azerisport.com idman portalı. "Азербайджанский состав дзюдоистов на Олимпиаду". www.azerisport.com (rus.)). 25.04.2024. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!